BLOQ

19.04.2023
685

"İdea Consulting and Solutions” MMC Marsol şirkətin biznes fəaliyyətini rəqəmsallaşdırdı

        17 aprel 2023-cü il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un təşkilatçılığı ilə "Marriott Hotel Boulevard"da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın və bir sıra dövlət qurumlarının iştirak etdiyi "Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub. Tədbirdə dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüqar İskəndərov və Müşfiq Məmmədli ilə yanaşı “IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov da iştirak edib. “Rəqəmsallaşma və müştəri əlaqələri, Biznesin gələcəyi” mövzusunda təqdimat edən Ceyhun Məmmədov “IDEA Consulting and Solutions” MMC və Marsol şirkətinin birgə əməkdaşlığı çərçivəsində görülmüş işlər haqqında məlumat verib, “Rəqəmsal transformasiya” mövzusunda çoxdandır gözlənilən “Marsol+” mobil tətbiqinin təqdimatını edib. Qeyd edib ki, “IDEA Consulting and Solutions” MMC tərəfindən Marsol şirkətinin biznes fəaliyyətinin rəqəmsallaşması təmin edilmişdir. Beləki, Marsol şirkəti üçün sayt, CRM sistemi (müştəri əlaqələrinin idarəedilməsi) və “Marsol+” adlı mobil tətbiq hazırlanmış və şirkətin brendiqi (loqo və tanıtım videosunun hazırlanması) aparılmışdır. Sadalanan həllərin hazırlanmasında ən müasir texnalogiyalardan istifadə ilə yanaşı, süni intellekt həlləri də tətbiq edilmişdir. Bu yeni həllər, şirkətin müştəri əlaqələrinin idarəedilməsini və brendinqini gücləndirməyə kömək edəcək, fəaliyyətin daha effektiv olmasına və müştəri təcrübəsinin yaxşılaşmasına imkan yaradacaq. Bu rəqəmsallaşma  ilə Marsol şirkəti aşağıdakı faydaları əldə etmiş olacaq: CRM sistemi vasitəsilə müştəri əlaqələrinin idarə edilməsi asanlaşacaq; “Marsol+” mobil tətbiqi vasitəsilə müştərilərə daha sürətli və rahat xidmət göstərilməsi təmin ediləcək; Süni intellekt həlləri vasitəsilə iş proseslərinin təkmilləşdirilməsi nəticəsində səhv riski  minimlaşacaq, iş proseslərinin effektivliyi artacaq. Qeyd edək ki, “IDEA Consulting and Solutions” hüquq, maliyyə və mühasibatlıq, İT həllər, biznes həlləri, brendinq kimi ixtisaslaşmış fəaliyyət istiqamətlərinə malikdir.
16.11.2017
2280

MÜƏSSİSƏNİZİ DOĞRU TEXNOLOGİYA BAZASINDA QURMAQ ÜÇÜN ÖZÜNÜZƏ VERMƏLİ OLDUĞUNUZ 4 SUAL

Hər bir bina kimi, biznesinizi də möhkəm əsaslarla qurmaq lazımdır. Düzgün bünövrə olmadan divararı hörüb tavanı inşa etsəniz, bir müddət sonra binanın dağılacaqları qaçınılmazdır. İşinizi qurarkən istifadə olunan texnologiya həm güclü, həm də çevik olmalıdır. Müəssisəniz böyüyüb inkişaf etdikcə müxtəlif vəziyyətlərə hazır olmalı və çətin rəqabət dünyasında ayaqda qalmaq üçün ehtiyaclarınıza cavab verməlidir. Müəssisənizi doğru texnologiya bazasında qurmaq üçün özünüzə aşağıdakı 4 sual verməlisiniz: 1. Mobil cihazlara uyğunluq Sizin müəssisənizin ilk gündən etibarən istifadə etməyə başladığı texnologiya işçilərinizin hər an və hər yerdən istifadəsinə açıqdırmı? İşçiləriniz arasında real zamanlı məlumat mübadiləsi varmı? Bulud əsaslı mobil texnologiya istifadə edən müəssisələrin məhsuldarlığı daha yüksəkdir. Yolda və ya ofisdə, mobil tətbiqlərinizlə işlərinizi rahat və tez bir zamanda həll edə bilər, işçilərinizin də eyni şeyi edə biləcəyini bilərsiniz. Bir bulud əsaslı həll istifadə edirsinizsə, avadanlıq və proqram təminatı məsələləri ilə məşğul olmaz və tətbiqinizə hər hansı bir yerdən, istədiyiniz zaman daxil ola bilərsiniz. Biznes ehtiyaclarınıza cavab vermək üçün konfiqurasiya, test, yenilənmə və s. vaxt sərf etməzsiniz. Biznes proseslərinizi və əməliyyatlarınızı çevik, çox yönlü, istifadəçi dostu platforma həlli ilə idarə edə bilərsiniz. 2. Texnoloji infrastrukturun genişlənəbilən olması Biznesinizi qurarkən gələcək barədə düşünmək və genişləndiriləbilən texnologiya infrastrukturunu seçmək lazımdır. Vaxt keçdikcə müəssisənizin daha çox müştərisi, işçilərsi və əməliyyatları olacağını hesablamalısınız. Biznesiniz həcmcə böyüdükcə, texnoloji sistemlərinin dəyişdirilməsinə deyil, ilk gündən etibarən dəyişən ehtiyaclarınıza cavab verəcək müəssisə proqram təminatı infrastrukturuna investisiya qoymalısınız. İş proseslərinizi izləməyə, yeni istifadəçilər əlavə etməyə və digər müəssisə proqramlarınızla inteqrasiya edilməyə imkan verən bir texnologiya iş məhsuldarlığınızı artıracaqdır. 3. Etibarlılıq  Müştərilər, satışlar və müqavilələr kimi biznes məlumatınızı excel və ya word fayllarında saxlamaq nə qədər təhlükəsizdir? Sizin biznesiniz haqqında məlumatlar kopyalana və paylaşıla bilər. Müəssisənizin sağlam fundament üzərində qurulması üçün etibarlı bir infrastruktur seçməlisiniz. Müəssisə məlumatları və müştərilərizin barədə məlumatlarınız təhlükəsiz bir sistemdə saxlanılmalıdır. 4. İntellektual idarəetmə Sizin müəssisənizin müvəffəqiyyəti çox işləməklə deyil, ağıllı işləməklə əldə olunandır. Məlumat mərkəzli, sürətlə dəyişən bir iş dünyasında yenilikçi və rəqabətə davamlı olabilmək üçün istifadə edəcəyiniz texnologiya  manual olaraq idarə edilən işləri avtomatik olaraq həll edə bilməli, beləliklə siz əsl vacib olan işlərə, yəni müştərilərə vaxt ayıra bilməlisiniz. İntellektual idarə olunan sistemlər ilə məlumatlarınız arasından istifadəyə yararlı məlumatları əldə edə, müştərilərinizə daha yaxşı xidmət göstərə və gözlənilməz vəziyyətlərə hazır ola bilərsiniz.