BLOQ

16.11.2017
1652

MÜƏSSİSƏNİZİ DOĞRU TEXNOLOGİYA BAZASINDA QURMAQ ÜÇÜN ÖZÜNÜZƏ VERMƏLİ OLDUĞUNUZ 4 SUAL

Hər bir bina kimi, biznesinizi də möhkəm əsaslarla qurmaq lazımdır. Düzgün bünövrə olmadan divararı hörüb tavanı inşa etsəniz, bir müddət sonra binanın dağılacaqları qaçınılmazdır.

İşinizi qurarkən istifadə olunan texnologiya həm güclü, həm də çevik olmalıdır. Müəssisəniz böyüyüb inkişaf etdikcə müxtəlif vəziyyətlərə hazır olmalı və çətin rəqabət dünyasında ayaqda qalmaq üçün ehtiyaclarınıza cavab verməlidir. Müəssisənizi doğru texnologiya bazasında qurmaq üçün özünüzə aşağıdakı 4 sual verməlisiniz:

1. Mobil cihazlara uyğunluq

Sizin müəssisənizin ilk gündən etibarən istifadə etməyə başladığı texnologiya işçilərinizin hər an və hər yerdən istifadəsinə açıqdırmı? İşçiləriniz arasında real zamanlı məlumat mübadiləsi varmı?
Bulud əsaslı mobil texnologiya istifadə edən müəssisələrin məhsuldarlığı daha yüksəkdir. Yolda və ya ofisdə, mobil tətbiqlərinizlə işlərinizi rahat və tez bir zamanda həll edə bilər, işçilərinizin də eyni şeyi edə biləcəyini bilərsiniz. Bir bulud əsaslı həll istifadə edirsinizsə, avadanlıq və proqram təminatı məsələləri ilə məşğul olmaz və tətbiqinizə hər hansı bir yerdən, istədiyiniz zaman daxil ola bilərsiniz. Biznes ehtiyaclarınıza cavab vermək üçün konfiqurasiya, test, yenilənmə və s. vaxt sərf etməzsiniz. Biznes proseslərinizi və əməliyyatlarınızı çevik, çox yönlü, istifadəçi dostu platforma həlli ilə idarə edə bilərsiniz.

2. Texnoloji infrastrukturun genişlənəbilən olması

Biznesinizi qurarkən gələcək barədə düşünmək və genişləndiriləbilən texnologiya infrastrukturunu seçmək lazımdır. Vaxt keçdikcə müəssisənizin daha çox müştərisi, işçilərsi və əməliyyatları olacağını hesablamalısınız. Biznesiniz həcmcə böyüdükcə, texnoloji sistemlərinin dəyişdirilməsinə deyil, ilk gündən etibarən dəyişən ehtiyaclarınıza cavab verəcək müəssisə proqram təminatı infrastrukturuna investisiya qoymalısınız. İş proseslərinizi izləməyə, yeni istifadəçilər əlavə etməyə və digər müəssisə proqramlarınızla inteqrasiya edilməyə imkan verən bir texnologiya iş məhsuldarlığınızı artıracaqdır.

3. Etibarlılıq 

Müştərilər, satışlar və müqavilələr kimi biznes məlumatınızı excel və ya word fayllarında saxlamaq nə qədər təhlükəsizdir? Sizin biznesiniz haqqında məlumatlar kopyalana və paylaşıla bilər. Müəssisənizin sağlam fundament üzərində qurulması üçün etibarlı bir infrastruktur seçməlisiniz. Müəssisə məlumatları və müştərilərizin barədə məlumatlarınız təhlükəsiz bir sistemdə saxlanılmalıdır.

4. İntellektual idarəetmə

Sizin müəssisənizin müvəffəqiyyəti çox işləməklə deyil, ağıllı işləməklə əldə olunandır. Məlumat mərkəzli, sürətlə dəyişən bir iş dünyasında yenilikçi və rəqabətə davamlı olabilmək üçün istifadə edəcəyiniz texnologiya 
manual olaraq idarə edilən işləri avtomatik olaraq həll edə bilməli, beləliklə siz əsl vacib olan işlərə, yəni müştərilərə vaxt ayıra bilməlisiniz. İntellektual idarə olunan sistemlər ilə məlumatlarınız arasından istifadəyə yararlı məlumatları əldə edə, müştərilərinizə daha yaxşı xidmət göstərə və gözlənilməz vəziyyətlərə hazır ola bilərsiniz.