BLOQ

01.11.2017
1788

HƏR KƏS ÖZ BRENDİNİ SEVİR

Marketoloqlar və reklamçılar xüsusilə düşünürlər ki, bir insanın davranışını dəyişdirmədən əvvəl düşüncələrini dəyişdirmək lazımdır. Onlar bir insanı inandırmaq olarsa, onun davranışlarının da dəyişə biləcəyinə inanırlar. Buna görə reklamın funksiyası insanları inandırmaqdır.

1897-ci ildə ilk dəfə olaraq Charles Austin Bates bu fikri ifadə etdi. 20-ci əsrdə də bir çox marketoloqlar bu fikri müdafiə etmişdilər, lakin Rosser Reeves onların ən məşhurları idi. 1961-ci ildə Reeves, hər bir brendin "unikal satış təklifi" olması gərəkdiyini və bunu bütün reklamlarında vurğulamaq lazım olduğunu söylədi. Bu fikir o qədər məşhurdur ki, bu gün çoxu reklam agentlikləri özlərini "inandırma agentliklər"i kimi görür.

Ancaq satmaq üçün yeganə yol inandırmaq deyil. Əlbəttə, insanı inandıraraq bir davranışa yönləndirmək (brendi üstün tutmağa) mümkündür, lakin bu, adətən, çox çətin bir yoldur. Çünki insan ağlı başqalarının düşüncəsini qəbul etməyə deyil, öz düşüncələrini bəyənməyə proqramlaşdırılmışdır. Heç kim öz fikrini dəyişdirmək istəmir. Hətta uşaqlar da öz ağıllarını bəyənirlər.

Bugün uğur qazanmış brendlər, fərqli bir yol izləyən brendlərdır. Bu brendlər insanlara özlərinin üstünlüklərini izah edib, onları razı salan və satın alma qərarlarını öz brendlərı lehinə dəyişdirənlər deyil, tam tərsinə əvvəl satdıqları məhsulları istehlakçıların həyatlarına daxil edən və sonrasında brendləri haqqında müsbət düşüncələri inkişaf etdirmiş olanlardır.

Burada əsas olan öz brendini satın aldırmaqdır. Bir şəxs bir brendi alırsa, o brend haqqında yaxşı düşünməyə başlayır və yaxşı danışır. İnsan-şüurlu və ya şüursuz bir davranış nümayiş etdirdikdə, bu davranışın nə qədər doğru və düzgün olduğuna dair əsaslar da çıxarır. Bir seçim etdikdən sonra, özünə və ətrafındakılara bu seçimin nə qədər yaxşı olduğunu sübut etdirmək istəyir.

Buna görə də insanlar bir brendi aldıqdan sonra bu brendə olan istəkləri artır. Brend ilə bağlı araşdırmalarda hər bir istifadəçinin öz brendini sevməsi və o brendə üstün xüsusiyyətləri aid etməsi insan ağılının dəstəkləyici yanaşması ilə əlaqələndirilir.

Böyük brendlər bu yolla özlərini sevdirməyə səy göstərmədən məşhur brendlərə çevrilirlər. Benjamin Disraelinin dediyi kimi, "Düşüncə hərəkətin ovladıdır".