BLOQ

13.07.2023
1118

"İdea Consulting and Solutions" MMC Autizm Mərkəzini ziyarət etdi

autizm merkezi

      "İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov "Marsol Group"un təşkilatçılığı ilə "Birgə və Sağlam" İctimai Birliyinin Autizm Mərkəzinə ziyarət edib. Qeyd edək ki, Bakının Nizami rayonunda yerləşən həmin mərkəz Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

     Autizm xəstəlik deyil

       Mərkəz autizm sahəsində maarifləndirici layihələr həyata keçirir, autizm spektr pozuntuları olan şəxslərə zəruri ünsiyyət bacarıqlarını öyrətmək və onları müstəqil həyata hazırlamaq üçün ailələrlə işləmək istiqamətində fəaliyyət göstərir.
       Autizmin xəstəlik deyil, bir fərqlilik olduğunu vurğulayan "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova autizmə qalib gəlmək üçün erkən müdaxilə və kompleks reabilitasiya tədbirlərindən yararlanmağın ən effektiv metod olduğunu bildirdi.

     Onların inanılmaz bacarıqları var

     Ziyarət zamanı qonaqlar cəmiyyətə inteqrasiyası zəif olan bu şəxslərlə tanış oldular, onların öz qabiliyyət və bacarıqları ilə hazırladıqları bir-birindən gözəl əl işlərinin xeyriyyə satışında iştirak etdilər, həmçinin bu istedadlı gənclərin musiqili konsertlərini dinlədilər.

autizm merkezi
autizam merkezi
autizm merkezi
autizm merkezi
autizm merkezi

    Hər bir uşaq dəyərlidir

     Ölkəmizdə uşaq və gənclərin inkişafına, o cümlədən həssas kateqoriyalardan olan vətəndaşlarımıza qayğı ilə yanaşılması vacib və mühüm məsələlərdəndir. "İDEA Consulting and Solutions" MMC də bu istiqamətdə öz səyini əsirgəmir. Şirkətimiz cəmiyyətin rifahı, gənclərin savadlı kadr kimi yetişməsi və ətraf mühitin qorunmasına hər zaman dəstək verir. Görüşdə şirkətin rəhbəri Ceyhun Məmmədov müasir dövrdə çox aktual olan bu problemin həllinə dəstək olaraq mərkəzdəki autizm spektr pozuntuları olan şəxslərin təhsillərinə də xüsusi dəstək veriləcəyini bildirmiş və hər kəsi autizm sindromlu uşaqlara qarşı daha da diqqətli olmağa çağırmışdır.

autizm mərkəzi
autizm mərkəzi
autizm mərkəzi
autizm mərkəzi
autizm mərkəzi