BLOQ

15.12.2023
1858

"Rəqəmsallaşma və Müştəri Əlaqələri" mövzusunda İşgüzar Səhər Yeməyi

14.12.2023-cü il tarixində "Marsol Group" tərəfindən "Mado" restoranında təşkil edilmiş "İşgüzar səhər yeməyi" çərçivəsindəki görüşdə bir sıra şirkət sahibləri bir araya gələrək "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda müzakirələr aparıblar.

Görüş zamanı edilən müzakirələr

"İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov bu görüşdə çıxış edərək şirkətimizin təklif etdiyi İT inteqrasiya həlləri, hüquq, mühasibatlıq və audit xidmətləri barədə ətraflı məlumat verib. Ceyhun bəy "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda da öz təcrübələrini sahibkarlarla bölüşüb. 

Təqdimat zamanı Ceyhun Məmmədov rəqəmsallaşmanın əhəmiyyəti, onun şirkətlərə təsiri, CRM və Texnologiya tətbiqləri, müştəri məlumatlarının təhlili, Big Data və Süni Zəka (AI), strategiyalar və təkliflər barəsində ətraflı məlumatlar bölüşüb.

rəqəmsal transformasiya

reqemsal transformasiya

Rəqəmsal transformasiya nədir?

Rəqəmsal transformasiya texnologiya və informasiya sahələrində inkişaf etmiş alətlər vasitəsilə biznes prosesləri avtomatlaşdırma və yeni imkanlardan yararlanma prosesidir.

Biznesə təsiri - Rəqəmsal transformasiya iş proseslərinin daha effektiv və sürətli olmasını təmin edərək biznesi daxili və xarici bazarlarda rəqabətədayanqlı edir və gəlir artımı imkanı yaradır.

CRM

CRM, yəni Müştəri Münasibətləri İdarəetməsi (Customer Relationship Management), müştərilərlə münasibətləri idarə etmək üçün istifadə edilən bir strategiya, proses və texnologiya birləşməsidir. CRM sistemləri, müştəri məlumatlarını mərkəzləşdirmək, satış və marketinq fəaliyyətlərini optimallaşdırmaq və müştəri xidmətlərini yaxşılaşdırmaq üçün lazımi texniki alətlər və proqram təminatı təklif edir.

Big Data

Müxtəlif mənbələrdən əldə edilən və adətən ənənəvi məlumat bazalarıtərəfindən idarə edilə bilməyəcək qədər böyük, həm də strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumattoplusudur. Şirkətlər bu məlumatları istifadə edərək, müştəri tələbatlarını daha yaxşı başa düşə, xidmətlərini daha effektiv şəkildə fərdiləşdirə və biznes qərarlarını məlumatlara əsaslanaraq yaxşılaşdıra bilərlər.

Süni Zəka (AI)

Süni Zəka, insan zəkasının bəzifunksiyalarınıtəqlid edə bilən və məlumatlarıtəhlil etmək, öyrənmək, qərar qəbul etmək və problemləri həll etmək üçün proqramlaşdırılmış alqoritmlərtoplusudur. AI, Big Data-nı işləmək və analiz etmək üçün gücündən istifadə edir ki, bu da şirkətlərin prediktiv analizlər və məhsul inkişafı sahələrində daha dəqiq qərarlar verməsinə imkan verir. AI-nin qabiliyyətləri məlumatlar arasında əlaqələritapmaq, istifadəçi davranışlarını proqnozlaşdırmaq və müştəri xidmətlərini avtomatlaşdırmaq kimi bir çox sahədə tətbiq edilə bilər.

Şirkətimiz tərəfindən hazırlanmış "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda təqdimata bu linkdən keçid edə bilərsiniz.