BLOQ

13.01.2021
3049

Biznesə başlamaq üçün 10 tövsiyə

 Sizə biznesdə necə uğur qazanacağınızı heç kim söyləməyəcək, amma düşünmək üçün  hər zaman sağlam tövsiyə verilə bilər. Biznesə yeni başlayanlar üçün bu 10 tövsiyə təşəbbüskarın düşünməsi üçün lazım olan bütün aspektləri əks etdirir. 
Yeni biznesə başlayırsınız, yoxsa bu biznes bazarda çoxdan var? Hər bir halda mütəxəssislərin rəyini öyrənmək faydalıdır.
1.    Konsentrasiya, konsentrasiya, bir də konsentrasiya!
Təzə başlayan sahibkar hər fürsətdən istifadə edilməli olduğunu düşünür, amma bu yalnış  fikirdi. Bir neçə layihədə özünü sübut etmək cəhdi, imkanlaın  bölünməsinə, bu da işin effektivliyinə və məhsuldarlığına təsir edəcəkdir. Atalar demiş, bir əldə iki qarpız tutmaq olmaz.

2.    Sevdiyin işlə məşğul ol!
Biznesinizə sadəcə böyük gəlirlər gətirə biləcəyi ehtimalı ilə başlamayın. Gücünüz və istedadınız üzərində qurulan  işin daha çox uğur qazanma şansı var. Hər gün böyüməsinə və çiçəklənməsinə töhfə vermək üçün yalnız gəlirə fokuslanmaq deyil, həm də bundan zövq almaq vacibdir. Əks halda layihəniz uğursuzluğa məhkumdur.

3.     İstəyini 30 saniyədə de, ya da  heçnə demə!
İstər potensial investorla görüşdə, istərsə də maraqlı bir müştəri ilə söhbət zamanı fikrinizi  düzgün çatdırın. İlk növbədə məqsədinizi bildirin, missiyanızı və xidmətlərinizi mümkün qədər qısa və aydın şəkildə izah edin. Unutmayın ki, atdığınız  hər düzgün addımı və fikrinizin lokanikliyini  qarşı tərəf yüksək qiymətləndirəcək.

4.    Bildiklərinə əmin ol, bilmədiklərini öyrən, bilmədiklərini öyrədə biləcək birini tanı!
Dünyada heç kim hər şeyi bilmir, bu sənə də aiddir. Buna görə, inandığın insanların və ya mentorların tövsiyələrinə qulaq as. Onların əhatəsində  düzgün prioritetlərlə əsl lider və bacarıqlı  iş adamı ola bilərsən. Odur ki, ortaq maraqlarını bölüşdüyün uğurlu və təcrübəli insanları əhatənə topla. Onlarla qarşılıqlı, faydalı və uzunmüddətli əlaqələr qur.

5.    Cüzdanınız - işinizin ürəyidir! Öz biznesinə uyğun ol!
Komfortlu ofisləri, sürətli avtomobilləri və bahalı restoranları unut. İşinə fokuslan və biznesini daim inkişaf etdir. Xərclərini izlə  və nə isə almadan əvvəl üç dəfə düşün. Məhdud maliyyə ilə effektiv pul vəsaitlərinin idarə edilməsi uğurlu bir başlanğıcın açarıdır.

6.    "Atəş altında" yaşamağı öyrən!
Heç bir təhsil və ya iş planı gələcəyinizi mükəmməl şəkildə təxmin edə və ya sizi uğurlu bir biznesmen edə bilməz. Mükəmməl bir plan mövcud deyil və ola da bilməz.  Növbəti addımlarınızı düşünmədən heç vaxt yeni bir işə başlamağa çalışmayın,həmçinin  hərəkətə keçməyə  aylar və ya illər sərf etməyin. Unutmyın ki, real çətinliklərlə qarşılaşmaq Sizi təcrübəli bir iş adamına çevirəcək. Edə biləcəyiniz ən vacib şey səhvlərinizdən nəticə çıxartmaq və onları bir daha təkrarlamamaqdı.

7.    Heç kim, heç vaxt sizə pul verməyəcək!
Heç kim sizə sıfırdan sərmayə qoymayacaq. İşinizə başlamaq üçün böyük kapitala ehtiyacınız varsa, əsas, yəni ən vacib işlərdən başlayın. Planınızı mümkün qədər sadələşdirərək dəyərini və onunla əlaqəli xərcləri araşdırın. İnvestisiya axtarmadan əvvəl biznesinizin dəyərini göstərməlisiniz. Konsepsiyanız uğurlu olarsa, investor tərəfindən kapital artırma şansınız əhəmiyyətli dərəcədə artacaqdı.

8.    Sağlam ol!
Sağlam olmaq, daha məhsuldar olmaq deməkdi. Odur ki, özümüzü unutmamalıyıq. Sahibkarlıq bir həyat tərzidir, səhərdən axşama qədər çalışacağınız bir peşə deyil. Özünü tükətməklə  işləmək, qarşıya qoyduğunuz məqsədlərə çatmamaq deməkdi və bu Sizi daha çox narahat edəcək.  İstisnasız - düzgün qidalanın, idman edin və özünüzə vaxt ayırın.

9.    Sözlərinizin qurbanı olmayın!
Əhvlatlarla deyil, əməllərlə təəssürat yaradın. Boş sözlərdən və həqiqəti şişirtməkdən çəkinin. İddialı planlarınızı reklam etdikcə, onların tələblərini ödəmək öhdəliyinizin olduğunu düşünün. 
Bir sözlə, az danışıb çox iş görün!

10.    Vaxtı gələndə ayrılın!
Ağıllı kapitan gəmi ilə batmaz. Nəfsinizə uymayın, geri çəkilməyin vaxtı gəldiyindən agah olun. Əməyiniz nəticə vermədisə, nəyin səhv olduğunu müəyyənləşdirin, nəticə çıxarın və atacağınız növbəti addımı düşünün. Həm özünüzə, həm də gələcək işlərinizə fayda gətirmək üçün bu çətin yolda qazanılmış dərslərinizdən nəticə çıxarın və ondan necə yararlana biləcəyinizi müəyyənləşdirin. Uğursuzluqlar qaçılmazdır, lakin güclü iradə hər cür çətinliyi dəf edəcəkdi.