BLOQ

18.01.2021
3725

Rahat pul qazanmaq haqqında miflər

Uğurlu və zəngin insan olmağın ən vacib meyarlarından biri, pulun düzgün xərclənməsidir.
Bəzən insanın istedadı,  təşkilatçılıq qabiliyyəti və münasibət qurma bacarığı olduğu halda  uğur qazana bilmir. Bəlkə də səbəb məhz pul qazanmağa olan yanlış münasibətdir. 
Pulla bağlı ən çox yayılmış miflərdən bir neçəsi ilə tanış olun!
1.    "Düzgün fəaliyyət sahəsi seçmədim və buna görə də zəngin deyiləm."
Demək olar ki, hər sahədə milyoner və milyarderlər var. Yalnız bir sferada zəngin insan çox  olduğu üçün, həmin  peşənin seçimi kökündən səhv  yanaşmadır. Ruhunuzu rahatladan bir işlə məşğul olun! İstənilən sahədə layiqli kapital qazanmaq mümkündür.

2.    "Varlı bir ailədən olsaydım, pul qazanmağım daha asan olardı."
Dünyanın ən varlı adamlarının reytinqində ilk sırada yer alan bir çox iş adamları heç də varlı ailədə doğulmayıblar.  Onların hamısı uzun bi yol keçərək, zəhmətləri sayəsində qazanc əldə ediblər. Hər kəsin zənginləşmə şansı var və valideynlərinizin kim olduğu vacib deyil.

3.    "Məktəbdə, kollecdə yaxud  universitetdə daha yaxşı oxumuş olsaydım, zəngin ola bilərdim." 
Şübhəsiz ki, bilik vacibdir. Lakin bəzən praktik bacarıq nəzəri biliklərdən daha çox şey örədə bilər insana. Məktəbdə əla tələbə olmaq maddi uğurun təminatı deyil. Bu əksinə də işləyə bilər.

4.    "Zəngin insanlar təsadüfən lazımlı anda lazımlı yerdə olurlar."
 Bu qətiyyən belə deyil. Onların uğuru bilavasitə şansla bağlı deyil. Uğurlu insanların əksəriyyəti yalnız bir sıra uğursuzluqlardan keçdikdən sonra müvəffəqiyyət qazanıblar.

5.    "İqtisadi cəhətdən daha uğurlu bir ölkədə yaşasaydım, sərvət əldə etmək daha asan olardı."
Hər ölkədə və hər cəmiyyətdə varlı insanlar var.

6.    "İndi böyük pul qazanmaq üçün fürsətlər azdır." 
Belə bir fikri ancaq düşüncələri keçmiş zamanda qalan insanlar söyləyə bilər. Texnologiyanın sürətli inkişafı sayəsində, indi pul qazanmaq əvvəlki dövrlərə nisbətdə daha asanlaşıb.

7.    "Başlanğıc üçün kapitalım yoxdur, ona görə də öz biznesimi qura bilmirəm."
Nəhəng okean kiçik su damlalarından ibarətdir. Bir damla ilə başlayaraq, okeana bir addım daha yaxınlaşmış oluruq. Həm də bütün ideyaları reallaşdırmaq üçün böyük investisiyalar tələb olunmur.

8.    "Çox çalışacam və mütləq milyoner olacam."
    Dünyada çox çalışıb varlanmayan insanlar üstünlük təşkil edir. Çox çalışmayın, ağıllı çalışın!