BLOQ

07.07.2022
1264

Hüquqi şəxs təsisetmə

Digər bir çox terminlər kimi hüquqi şəxs anlayışının da təməlləri Roma Hüququna dayanmaqdadır. Ancaq Roma Hüququnda hüquqi şəxs anlayışı bir qədər fərqli inkişaf xəttinə malik olub. Belə ki, Romalılara görə, “bütün hüquq insanlar üçündür” nəzəriyyəsi əsas olub. Bu nəzəriyyəni ilk oxuduqda insandan başqa heç bir varlığa hüquq qabiliyyəti verilə bilməz yönündə bir nəticəyə gəlmək mümkündür. Ancaq bir tək insan gücünün və ömrünün kifayət etməyəcəyi, yenə insanlarla bağlı bəzi məqsədlərə çatılabilməsi üçün insanlardan ibarət qrupların əməyinə ehtiyac duyulması hüquqi şəxsin meydana gəlmə səbəblərindən biridir. Bəzən bir mal və xidmətlər toplusunun müəyyən bir məqsədə xidmət edəcək şəkildə təsis edilməsi və bunların onu müəyyən məqsədlər üçün təhsis edən şəxslərin fərdi fəaliyyətlərindən daha geniş olaraq daha uzun müddət mövcud olma ehtiyacı, Roma hüququnda da qruplara bir “Şəxs” statusu verilməsini məcburi hala gətirmişdir. 
Digər bir çox terminlər kimi hüquqi şəxs anlayışının da təməlləri Roma Hüququna dayanmaqdadır. Ancaq Roma Hüququnda hüquqi şəxs anlayışı bir qədər fərqli inkişaf xəttinə malik olmuşdur`. Belə ki, Romalılara görə, “bütün hüquq insanlar üçündür” nəzəriyyəsi əsas olmuşdur. Bu nəzəriyyəni ilk oxuduqda insandan başqa heç bir varlığa hüquq qabiliyyəti verilə bilməz yönündə bir nəticəyə gəlmək mümkündür. 
Roman – German hüquq sisteminə daxil olan Azərbaycan qanunvericiliyinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 
Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 
Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsləri və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qeyri-kommersiya hüquqi şəxsləri, habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər formasında yaradıla bilər.
Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. 
Hüquqi şəxs qanunla nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 
Hüquqi şəxsin hüquq qabiliyyəti dövlət qeydiyyatına alındığı andan yaranır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. 
Biz sizə kommersiya və qeyri kommersiya hüquqi şəxslərinin yaradılmaında peşəkar xidmətlərimizi təklif edirik:
Hüquqi şəxsin təsis sənədlərinin və Nizamnaməsinin hazırlanması;
Hüquqi Şəxsin dövlət qeydiyyatına alınması;
Hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi;
Ayrı-ayrı fəaliyyət növləri üçün xüsusi icazə - lisenziyaların alınması və digər bütün lazımi prosedurları sizin adınıza həyata keçiririk.