(+994 50) 700 04 06

BLOQ

18.01.2021
1169

Rahat pul qazanmaq haqqında miflər

Uğurlu və zəngin insan olmağın ən vacib meyarlarından biri, pulun düzgün xərclənməsidir. Bəzən insanın istedadı,  təşkilatçılıq qabiliyyəti və münasibət qurma bacarığı olduğu halda  uğur qazana bilmir. Bəlkə də səbəb məhz pul qazanmağa olan yanlış münasibətdir.  Pulla bağlı ən çox yayılmış miflərdən bir neçəsi ilə tanış olun! 1.    "Düzgün fəaliyyət sahəsi seçmədim və buna görə də zəngin deyiləm." Demək olar ki, hər sahədə milyoner və milyarderlər var. Yalnız bir sferada zəngin insan çox  olduğu üçün, həmin  peşənin seçimi kökündən səhv  yanaşmadır. Ruhunuzu rahatladan bir işlə məşğul olun! İstənilən sahədə layiqli kapital qazanmaq mümkündür. 2.    "Varlı bir ailədən olsaydım, pul qazanmağım daha asan olardı." Dünyanın ən varlı adamlarının reytinqində ilk sırada yer alan bir çox iş adamları heç də varlı ailədə doğulmayıblar.  Onların hamısı uzun bi yol keçərək, zəhmətləri sayəsində qazanc əldə ediblər. Hər kəsin zənginləşmə şansı var və valideynlərinizin kim olduğu vacib deyil. 3.    "Məktəbdə, kollecdə yaxud  universitetdə daha yaxşı oxumuş olsaydım, zəngin ola bilərdim."  Şübhəsiz ki, bilik vacibdir. Lakin bəzən praktik bacarıq nəzəri biliklərdən daha çox şey örədə bilər insana. Məktəbdə əla tələbə olmaq maddi uğurun təminatı deyil. Bu əksinə də işləyə bilər. 4.    "Zəngin insanlar təsadüfən lazımlı anda lazımlı yerdə olurlar."  Bu qətiyyən belə deyil. Onların uğuru bilavasitə şansla bağlı deyil. Uğurlu insanların əksəriyyəti yalnız bir sıra uğursuzluqlardan keçdikdən sonra müvəffəqiyyət qazanıblar. 5.    "İqtisadi cəhətdən daha uğurlu bir ölkədə yaşasaydım, sərvət əldə etmək daha asan olardı." Hər ölkədə və hər cəmiyyətdə varlı insanlar var. 6.    "İndi böyük pul qazanmaq üçün fürsətlər azdır."  Belə bir fikri ancaq düşüncələri keçmiş zamanda qalan insanlar söyləyə bilər. Texnologiyanın sürətli inkişafı sayəsində, indi pul qazanmaq əvvəlki dövrlərə nisbətdə daha asanlaşıb. 7.    "Başlanğıc üçün kapitalım yoxdur, ona görə də öz biznesimi qura bilmirəm." Nəhəng okean kiçik su damlalarından ibarətdir. Bir damla ilə başlayaraq, okeana bir addım daha yaxınlaşmış oluruq. Həm də bütün ideyaları reallaşdırmaq üçün böyük investisiyalar tələb olunmur. 8.    "Çox çalışacam və mütləq milyoner olacam."     Dünyada çox çalışıb varlanmayan insanlar üstünlük təşkil edir. Çox çalışmayın, ağıllı çalışın!
13.01.2021
615

Biznesə başlamaq üçün 10 tövsiyə

 Sizə biznesdə necə uğur qazanacağınızı heç kim söyləməyəcək, amma düşünmək üçün  hər zaman sağlam tövsiyə verilə bilər. Biznesə yeni başlayanlar üçün bu 10 tövsiyə təşəbbüskarın düşünməsi üçün lazım olan bütün aspektləri əks etdirir.  Yeni biznesə başlayırsınız, yoxsa bu biznes bazarda çoxdan var? Hər bir halda mütəxəssislərin rəyini öyrənmək faydalıdır. 1.    Konsentrasiya, konsentrasiya, bir də konsentrasiya! Təzə başlayan sahibkar hər fürsətdən istifadə edilməli olduğunu düşünür, amma bu yalnış  fikirdi. Bir neçə layihədə özünü sübut etmək cəhdi, imkanlaın  bölünməsinə, bu da işin effektivliyinə və məhsuldarlığına təsir edəcəkdir. Atalar demiş, bir əldə iki qarpız tutmaq olmaz. 2.    Sevdiyin işlə məşğul ol! Biznesinizə sadəcə böyük gəlirlər gətirə biləcəyi ehtimalı ilə başlamayın. Gücünüz və istedadınız üzərində qurulan  işin daha çox uğur qazanma şansı var. Hər gün böyüməsinə və çiçəklənməsinə töhfə vermək üçün yalnız gəlirə fokuslanmaq deyil, həm də bundan zövq almaq vacibdir. Əks halda layihəniz uğursuzluğa məhkumdur. 3.     İstəyini 30 saniyədə de, ya da  heçnə demə! İstər potensial investorla görüşdə, istərsə də maraqlı bir müştəri ilə söhbət zamanı fikrinizi  düzgün çatdırın. İlk növbədə məqsədinizi bildirin, missiyanızı və xidmətlərinizi mümkün qədər qısa və aydın şəkildə izah edin. Unutmayın ki, atdığınız  hər düzgün addımı və fikrinizin lokanikliyini  qarşı tərəf yüksək qiymətləndirəcək. 4.    Bildiklərinə əmin ol, bilmədiklərini öyrən, bilmədiklərini öyrədə biləcək birini tanı! Dünyada heç kim hər şeyi bilmir, bu sənə də aiddir. Buna görə, inandığın insanların və ya mentorların tövsiyələrinə qulaq as. Onların əhatəsində  düzgün prioritetlərlə əsl lider və bacarıqlı  iş adamı ola bilərsən. Odur ki, ortaq maraqlarını bölüşdüyün uğurlu və təcrübəli insanları əhatənə topla. Onlarla qarşılıqlı, faydalı və uzunmüddətli əlaqələr qur. 5.    Cüzdanınız - işinizin ürəyidir! Öz biznesinə uyğun ol! Komfortlu ofisləri, sürətli avtomobilləri və bahalı restoranları unut. İşinə fokuslan və biznesini daim inkişaf etdir. Xərclərini izlə  və nə isə almadan əvvəl üç dəfə düşün. Məhdud maliyyə ilə effektiv pul vəsaitlərinin idarə edilməsi uğurlu bir başlanğıcın açarıdır. 6.    "Atəş altında" yaşamağı öyrən! Heç bir təhsil və ya iş planı gələcəyinizi mükəmməl şəkildə təxmin edə və ya sizi uğurlu bir biznesmen edə bilməz. Mükəmməl bir plan mövcud deyil və ola da bilməz.  Növbəti addımlarınızı düşünmədən heç vaxt yeni bir işə başlamağa çalışmayın,həmçinin  hərəkətə keçməyə  aylar və ya illər sərf etməyin. Unutmyın ki, real çətinliklərlə qarşılaşmaq Sizi təcrübəli bir iş adamına çevirəcək. Edə biləcəyiniz ən vacib şey səhvlərinizdən nəticə çıxartmaq və onları bir daha təkrarlamamaqdı. 7.    Heç kim, heç vaxt sizə pul verməyəcək! Heç kim sizə sıfırdan sərmayə qoymayacaq. İşinizə başlamaq üçün böyük kapitala ehtiyacınız varsa, əsas, yəni ən vacib işlərdən başlayın. Planınızı mümkün qədər sadələşdirərək dəyərini və onunla əlaqəli xərcləri araşdırın. İnvestisiya axtarmadan əvvəl biznesinizin dəyərini göstərməlisiniz. Konsepsiyanız uğurlu olarsa, investor tərəfindən kapital artırma şansınız əhəmiyyətli dərəcədə artacaqdı. 8.    Sağlam ol! Sağlam olmaq, daha məhsuldar olmaq deməkdi. Odur ki, özümüzü unutmamalıyıq. Sahibkarlıq bir həyat tərzidir, səhərdən axşama qədər çalışacağınız bir peşə deyil. Özünü tükətməklə  işləmək, qarşıya qoyduğunuz məqsədlərə çatmamaq deməkdi və bu Sizi daha çox narahat edəcək.  İstisnasız - düzgün qidalanın, idman edin və özünüzə vaxt ayırın. 9.    Sözlərinizin qurbanı olmayın! Əhvlatlarla deyil, əməllərlə təəssürat yaradın. Boş sözlərdən və həqiqəti şişirtməkdən çəkinin. İddialı planlarınızı reklam etdikcə, onların tələblərini ödəmək öhdəliyinizin olduğunu düşünün.  Bir sözlə, az danışıb çox iş görün! 10.    Vaxtı gələndə ayrılın! Ağıllı kapitan gəmi ilə batmaz. Nəfsinizə uymayın, geri çəkilməyin vaxtı gəldiyindən agah olun. Əməyiniz nəticə vermədisə, nəyin səhv olduğunu müəyyənləşdirin, nəticə çıxarın və atacağınız növbəti addımı düşünün. Həm özünüzə, həm də gələcək işlərinizə fayda gətirmək üçün bu çətin yolda qazanılmış dərslərinizdən nəticə çıxarın və ondan necə yararlana biləcəyinizi müəyyənləşdirin. Uğursuzluqlar qaçılmazdır, lakin güclü iradə hər cür çətinliyi dəf edəcəkdi.
10.01.2021
416

Biznes ilə bağlı 16 maraqlı fakt

1. 1924-cü ildə "Ford T" avtomobilin qiyməti 265 dollar idi. 2. 1984-cü ildə mobil telefonun qiyməti 4195 dollar idi. 3. Dünyada satılan bütün ketçupların yarısından çoxu – “Heinz” markasının ketçuplarıdır. 4. Kubik-Rubik - bütün zamanlar ən çox satılan əşyasıdır. İkinci yerdə isə iPhone gəlir. 5. İlk ilində Coca-Cola yalnız 25 şüşə satış edə bilmişdi, amma davam etdi. 6. 1-ci sinfə yeni başlayan uşaq, müxtəlif şirkətlərin 200-ə yaxın loqosunu tanıya bilir. 7. Dünyanın bütün qəzetləri demək olar ki əksəriyyəti ABŞ və Kanadada nəşr olunur. 8. "face", "book", "wall", "poke" və "like" sözləri Facebook-un qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. 9. Çay əsasən 5 ölkədə yetişdirilir- Çin (demək olar ki,% 80 yaşıl çay), Hindistan (əsasən qara), Şri Lanka (Seylon, Lipton çayının doğulduğu yer), Yaponiya (ekzotik çaylar) və Tayvanda (müxtəlif yaşıl çay növləri) 10. İş həftəsinin ən məhsuldar günü çərşənbə axşamıdır. 11. Bütün restoranların 90% -i fəaliyyət göstərdiyi ilk bir il ərzində zərərlə işləyirlər. 12. Qəhvə beynəlxalq ticarətdə ikinci böyük əmtəədir. Birincisi benzindir. 13. IKEA-da malların adları xüsusi bir proqram tərəfindən hazırlanır və heç bir semantik məna daşımır. 14. Bütün dünyada Mc'Donalds üçün əsas gəlir mənbəyi içkilərdir. 15. Bir milyon dollar 100 dollarlıq əskinaslarda təxminən 10 kq ağırlığındadır. 16. Çin atalar sözündə deyilir: "Gülməyi bacarmayan insan ticarətlə məşğul olmamalıdır."
01.11.2017
1108

HƏR KƏS ÖZ BRENDİNİ SEVİR

Marketoloqlar və reklamçılar xüsusilə düşünürlər ki, bir insanın davranışını dəyişdirmədən əvvəl düşüncələrini dəyişdirmək lazımdır. Onlar bir insanı inandırmaq olarsa, onun davranışlarının da dəyişə biləcəyinə inanırlar. Buna görə reklamın funksiyası insanları inandırmaqdır. 1897-ci ildə ilk dəfə olaraq Charles Austin Bates bu fikri ifadə etdi. 20-ci əsrdə də bir çox marketoloqlar bu fikri müdafiə etmişdilər, lakin Rosser Reeves onların ən məşhurları idi. 1961-ci ildə Reeves, hər bir brendin "unikal satış təklifi" olması gərəkdiyini və bunu bütün reklamlarında vurğulamaq lazım olduğunu söylədi. Bu fikir o qədər məşhurdur ki, bu gün çoxu reklam agentlikləri özlərini "inandırma agentliklər"i kimi görür. Ancaq satmaq üçün yeganə yol inandırmaq deyil. Əlbəttə, insanı inandıraraq bir davranışa yönləndirmək (brendi üstün tutmağa) mümkündür, lakin bu, adətən, çox çətin bir yoldur. Çünki insan ağlı başqalarının düşüncəsini qəbul etməyə deyil, öz düşüncələrini bəyənməyə proqramlaşdırılmışdır. Heç kim öz fikrini dəyişdirmək istəmir. Hətta uşaqlar da öz ağıllarını bəyənirlər. Bugün uğur qazanmış brendlər, fərqli bir yol izləyən brendlərdır. Bu brendlər insanlara özlərinin üstünlüklərini izah edib, onları razı salan və satın alma qərarlarını öz brendlərı lehinə dəyişdirənlər deyil, tam tərsinə əvvəl satdıqları məhsulları istehlakçıların həyatlarına daxil edən və sonrasında brendləri haqqında müsbət düşüncələri inkişaf etdirmiş olanlardır. Burada əsas olan öz brendini satın aldırmaqdır. Bir şəxs bir brendi alırsa, o brend haqqında yaxşı düşünməyə başlayır və yaxşı danışır. İnsan-şüurlu və ya şüursuz bir davranış nümayiş etdirdikdə, bu davranışın nə qədər doğru və düzgün olduğuna dair əsaslar da çıxarır. Bir seçim etdikdən sonra, özünə və ətrafındakılara bu seçimin nə qədər yaxşı olduğunu sübut etdirmək istəyir. Buna görə də insanlar bir brendi aldıqdan sonra bu brendə olan istəkləri artır. Brend ilə bağlı araşdırmalarda hər bir istifadəçinin öz brendini sevməsi və o brendə üstün xüsusiyyətləri aid etməsi insan ağılının dəstəkləyici yanaşması ilə əlaqələndirilir. Böyük brendlər bu yolla özlərini sevdirməyə səy göstərmədən məşhur brendlərə çevrilirlər. Benjamin Disraelinin dediyi kimi, "Düşüncə hərəkətin ovladıdır".