BLOQ

20.10.2023
791

“IDEA Consulting and Solutions” şirkətinin Azərbaycanın aparıcı şirkətlərilə görüşü

Bu gün “IDEA Consulting and Solutions” şirkəti olaraq “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətindən əvvəl ölkənin aparıcı şirkətlərinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil etdik.

“Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətləri, biznes sahəsindəki yenilikləri və təcrübələri birləşdirən unikal bir platformadır. Sözügedən tədbir şirkətləri bir-biriləri ilə əlaqə qurmağa, təcrübələrini paylaşmağa və birgə inkişaf etməyə imkan yaradır.

ofis ziyareti

seher yemeyi

biznes yemeyi

işgüzar görüş

korporativ gorus

marsol group

marsol uzvleri

Tədbirdə bəhs edilən mövzular

Şirkətimizin rəhbəri Ceyhun Məmmədov işgüzar səhər yeməyində şirkətin hüquq, maliyyə, biznes, brendinq və İT sahəsindəki xidmətlərini, yeni proqram təminatlarını və öz müəllif hüquqları ilə qorunan “Lorex LMS”  sistemini təqdim edib.

O, tədbir iştirakçıları üçün şirkətin əsas üstünlüklərini də vurğulayıb:

“İnnovativ və peşəkar yanaşma ilə son texnoloji trendləri və müasir məsləhətlərlə müştərilərimizə rəqabətdə üstünlük yaradan həllər təklif edirik. Fərdi və yüksək səviyyədə xidmət göstərərək hər bir müştəri ilə fərdi şəkildə işləyirik. Müştərilərimizin gözləntilərini özümüzə standart kimi qəbul edirik. Dayanıqlı iş əlaqələrinə gəlincə, qarşılıqlı etimad və uzunmüddətli iş əlaqələri qurmağa böyük önəm veririk. Texnoloji üstünlüklərimiz isə biznesinizin rəqəmsal transformasiyasını həyata keçirmək üçün müasir texnoloji imkanlardan yararlanmaqdır. Bu gün burada olan hər birinizin iştirakı bizim üçün çox qiymətlidir. “IDEA Consulting and Solutions” olaraq tərəfdaşlarımızla əlaqələrimizi möhkəmləndirmək, birgə böyümək və uğurlu olmağa ümid edirik”.

konsultinq

idea consulting

Ofis ziyarəti

Tədbirin sonunda iştirakçılar “IDEA Consulting and Solutions" şirkətinin ofisinə dəvət olundular. Qonaqlar ofisin bölmələri ilə tanış edilib, innovativ texnologiyaların tətbiqi, komandanın iş prinsipləri və şirkətin müxtəlif layihələri haqqında maraqlı məlumatlar əldə etdilər. İştirakçılar bu təcrübə ilə şirkətin iş mühitinin incəlikləri ilə yaxından tanış oldular.

Tədbir qonaqların şirkətin təklif etdiyi həllərə və xidmətlərə marağını artırıb, bir neçə şirkət rəhbəri ilə potensial əməkdaşlıq üçün müzakirələr planlaşdırılıb.

Tədbirdə iştirak edən şirkətlər

Qeyd edək ki, tədbirdə Babək "Sirab" ASC, “Prive Steak Gallery”, “BMZ Collages”, “Tuna” QSC, “Azestetik Group”, “RiF Ofis Mebeli”, “Mega” Həyat Sığorta, “Bakcell”,  Zəhra Klinikası, “XXI Əsr Məktəbi”, “Hellmann Worldwide Logistics” kimi məşhur şirkətlər iştirak edib.

ofis ziyareti

iştirakçılar

qonaqlar

sirketler

emekdasliq

marsol uzvleri