BLOQ

13.03.2023
451

“İDEA Consulting and Solutions” MMC tərəfindən “Xəzər” uşaq bağçasına oyun meydançası hədiyyə edildi.

“İDEA Consulting and Solutions” MMC tərəfindən korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq “Xəzər” uşaq bağçasına dörd ədəd oyun kompleksindən ibarət yeni oyun meydançası hədiyyə edildi. Qürur mənbəyimiz olan bu layihə uşaqlar üçün təhlükəsiz və əyləncəli mühit yaratmaq məqsədi daşıyır. Müxtəlifyaş qrupları üçün nəzərdə tutulan meydança uşaqların əyləncəli zaman keçirməsi ilə yanaşı zehni və fiziki inkişafında həmçinin, sosial bacarıqlarının artmasında faydalı olacaq. Sözügedən meydança tam təhlükəsiz və güvənli şəkildə övladlarımızın inkişafına və keyfiyyətli zaman keçirməsinə imkan verir.
Şirkətimiz işgüzar mühitdə uğur qazanmaqla yanaşı, həm də cəmiyyətin rifahı və ətraf mühitin qorunması üçün çalışır. Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq gələcəkdə də oxşar sosial məsuliyyət layihələri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcəyik.