BLOQ

06.12.2025
80

Kimlərin Sadələşdirilmiş Vergi Ödəyicisi Olmaq Hüququ Yoxdur ?

Sadələşdirilmiş Vergi Ödəyicisi hüququ Azərbaycanda sahibkarlıq subyektləri üçün tətbiq edilən, əsasən kiçik və orta biznesin vergi yükünü minimuma endirməyi və vergitutmanı asanlaşdırmağı hədəfləyir. Bu, Vergi Məcəlləsinin 218-ci maddəsi ilə tənzimlənir. SV ödəyicisi olan sahibkarlar, adətən, yalnız fəaliyyətləri üzrə əldə etdikləri dövriyyənin müəyyən bir faizini vergi kimi ödəyir və bununla da Mənfəət Vergisinin mürəkkəb hesablanması və yüksək yükündən azad olurlar.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən sahibkarlar, avtomatik olaraq Mənfəət Vergisinin (yüksək vergi yükü) ödəyicisinə çevrilirlər.
 

Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

    1. Dövriyyə və Əmlak Hədlərini Aşanlar

 

1) Limitdən Artıq Dövriyyəsi Olan Sahibkarlar:

  • Ardıcıl 12 ay ərzində dövriyyəsi 200.000 manatdan artıq olan Hüquqi şəxs və ya fərdi sahibkarlar.

2) Əsas Vəsaitin Qalıq Dəyəri Həddi:

  • Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (VM 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla).

     2. Fəaliyyət Növü üzrə Məhdudiyyətlər (VM 218.5-ci maddə)

 

  1) Xüsusi İstehsal və Ticarət Fəaliyyəti

  • Aksizli və Nişanlanmalı Mallar:

    • Aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər.

  • Topdansatış Ticarəti:

    • Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər.

  • Qiymətli Əşyaların Satışı:

    • Qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər.

    • Xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər.

   2)  Maliyyə, Sığorta və Qiymətli Kağızlar

  • Maliyyə İnstitutları:

    • Kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar. İstisna: Bu müddəalar icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir.

    • Qeyri-dövlət pensiya fondları.

    3) İcarə və Lizinq Xidmətləri

  • Əmlakın İcarəyə Verilməsindən və Royaltidən Gəlir Əldə Edənlər.

  • Aktiv Formada Lizinq və İcarə Xidmətləri Göstərənlər:

    • Əsas fəaliyyəti (dövriyyəsinin 25%-dən çoxu) müəyyən əmlakı (avadanlıq, nəqliyyat, daşınmaz əmlak) başqasına icarəyə vermək və ya lizinq yolu ilə satmaq olan hüquqi şəxslər.

    4) Kadr və Xidmət Məhdudiyyəti

  • İstehsal Fəaliyyətində İşçi Sayı:

    • İşçi rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər.

  • Xidmətlərin Göstərilməsi:

    • Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər.

    • Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər.

    • (Hər iki halda da VM-nin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisnadır).

    5) Xüsusi Statuslu Şəxslər

  • Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri.

  • Publik hüquqi şəxslər.

  • Lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər (bina tikintisi fəaliyyəti və icbari sığorta müqavilələri üzrə xidmət göstərənlər istisna olmaqla)

    Biznesinizi bizə əmanət edin, çünki sizin üçün də bir "İDEYAMIZ" var! Ödənişsiz konsultasiya üçün “IDEA Consulting and Solutions” şirkətinə müraciət edin 📌