Hüquqi Sənədlərin Qeydiyyatı Sistemi — hüquqi sənədlərin toplanması, saxlanması, qeydiyyata alınması, tez bir zamanda tapılması və istifadəsi üçün nəzarəti təmin edən çoxfunksiyalı proqram təminatıdır. Proqram təminatı həm böyük təşkilatlarda, həm də orta və kiçik müəssisələrdə istifadə oluna bilər.
Sistemin modulları:
• Hüquqi aktların qeydiyyatı
• Məlumatların düzgünlüyünün yoxlanılması
• Hüquqi aktların uçotu ilə bağlı müxtəlif bildirişlərin formalaşdırılması
• Hüquqi aktların uçotu haqqında hesabatların hazırlanması
• Hüquqi akt əsasında statistik məlumatların əldə edilməsi
• Hüquqi aktların ətraflı axtarış imkanı
• Avtomatlaşdırılmış hesabatların formalaşdırılması
Sistemin funksional imkanları:
• Rahat idarəetmə paneli və interfeys
• Əməliyyatların loqlanması
• Ətraflı axtarış imkanı
• Məlumatların MS Excel`ə köçürülmə (export) imkanı
• İstifadəçi hüquqlarının verilməsi və tənzimlənməsi
• Sistemin veb əsaslı olması onu istənilən yerdə əlçatan edir