Xidmətlər

ELEKTRON TƏHSİL İDARƏETMƏ SİSTEMİ (ETİS)

12.04.2017
“Nömrə 1” Tədris Mərkəzi

Elektron Təhsil İdarəetmə Sistemi – abituriyent kursları, dil kursları, loqoped kursları, uşaq inkişaf mərkəzləri, peşə təlim mərkəzləri, sürücülük məktəbləri və digər təhsil müəssisələrinin idarə edilməsində istifadəçilər və idarəedicilər üçün çoxfunksiyalı proqram təminatıdır. Elektron Təhsil İdarəetmə Sistemi - yalnız çox rahat, sürətli və səmərəli deyil, həm də müəssisənin səviyyəsinin göstəricisidir.

Sistemin modulları:
•    Filialların idarəedilməsi
•    Şagirdlərin qeydiyyatı
•    Ödəmələrin izlənməsi
•    Dərs qrafikləri və davamiyyət
•    Valideyn nəzarəti
•    Barmaq izi ilə nəzarət
•    SMS məlumatlandırma
•    Gəlirlərin hesablanması
•    Əməkhaqqının hesablanması
•    Xərclərə nəzarət
•    Avtomatlaşdırılmış hesabatların formalaşdırılması

Sistemin funksional imkanları:
•    Rahat idarəetmə paneli və interfeys
•    Əməliyyatların loqlanması
•    Ətraflı axtarış imkanı
•    Məlumatların MS Excel`ə köçürülmə (export) imkanı
•    Barmaq izi cihazının onlayn tənzimləmə funksionallığı (qeydiyyat, silinmə, dəyişiklik və s.)
•    Veb üzərindən foto çəkiliş və əlavə edilməsi
•    Valideynlərə SMS və bildirişlərin avtomatik və ya manual göndərilməsi
•    İstifadəçi hüquqlarının verilməsi və tənzimlənməsi
•    Veb əsaslı olması sistemi istənilən yerdə əlçatan edir

SON LAYİHƏLƏRİMİZ