Uğurlu və zəngin insan olmağın ən vacib meyarlarından biri, pulun düzgün xərclənməsidir.
Bəzən insanın istedadı, təşkilatçılıq qabiliyyəti və münasibət qurma bacarığı olduğu halda uğur qazana bilmir. Bəlkə də səbəb məhz pul qazanmağa olan yanlış münasibətdir.
Pulla bağlı ən çox yayılmış miflərdən bir neçəsi ilə tanış olun!
1. "Düzgün fəaliyyət sahəsi seçmədim və buna görə də zəngin deyiləm."
Demək olar ki, hər sahədə milyoner və milyarderlər var. Yalnız bir sferada zəngin insan çox olduğu üçün, həmin peşənin seçimi kökündən səhv yanaşmadır. Ruhunuzu rahatladan bir işlə məşğul olun! İstənilən sahədə layiqli kapital qazanmaq mümkündür.
2. "Varlı bir ailədən olsaydım, pul qazanmağım daha asan olardı."
Dünyanın ən varlı adamlarının reytinqində ilk sırada yer alan bir çox iş adamları heç də varlı ailədə doğulmayıblar. Onların hamısı uzun bi yol keçərək, zəhmətləri sayəsində qazanc əldə ediblər. Hər kəsin zənginləşmə şansı var və valideynlərinizin kim olduğu vacib deyil.
3. "Məktəbdə, kollecdə yaxud universitetdə daha yaxşı oxumuş olsaydım, zəngin ola bilərdim."
Şübhəsiz ki, bilik vacibdir. Lakin bəzən praktik bacarıq nəzəri biliklərdən daha çox şey örədə bilər insana. Məktəbdə əla tələbə olmaq maddi uğurun təminatı deyil. Bu əksinə də işləyə bilər.
4. "Zəngin insanlar təsadüfən lazımlı anda lazımlı yerdə olurlar."
Bu qətiyyən belə deyil. Onların uğuru bilavasitə şansla bağlı deyil. Uğurlu insanların əksəriyyəti yalnız bir sıra uğursuzluqlardan keçdikdən sonra müvəffəqiyyət qazanıblar.
5. "İqtisadi cəhətdən daha uğurlu bir ölkədə yaşasaydım, sərvət əldə etmək daha asan olardı."
Hər ölkədə və hər cəmiyyətdə varlı insanlar var.
6. "İndi böyük pul qazanmaq üçün fürsətlər azdır."
Belə bir fikri ancaq düşüncələri keçmiş zamanda qalan insanlar söyləyə bilər. Texnologiyanın sürətli inkişafı sayəsində, indi pul qazanmaq əvvəlki dövrlərə nisbətdə daha asanlaşıb.
7. "Başlanğıc üçün kapitalım yoxdur, ona görə də öz biznesimi qura bilmirəm."
Nəhəng okean kiçik su damlalarından ibarətdir. Bir damla ilə başlayaraq, okeana bir addım daha yaxınlaşmış oluruq. Həm də bütün ideyaları reallaşdırmaq üçün böyük investisiyalar tələb olunmur.
8. "Çox çalışacam və mütləq milyoner olacam."
Dünyada çox çalışıb varlanmayan insanlar üstünlük təşkil edir. Çox çalışmayın, ağıllı çalışın!
Sizə biznesdə necə uğur qazanacağınızı heç kim söyləməyəcək, amma düşünmək üçün hər zaman sağlam tövsiyə verilə bilər. Biznesə yeni başlayanlar üçün bu 10 tövsiyə təşəbbüskarın düşünməsi üçün lazım olan bütün aspektləri əks etdirir.
Yeni biznesə başlayırsınız, yoxsa bu biznes bazarda çoxdan var? Hər bir halda mütəxəssislərin rəyini öyrənmək faydalıdır.
1. Konsentrasiya, konsentrasiya, bir də konsentrasiya!
Təzə başlayan sahibkar hər fürsətdən istifadə edilməli olduğunu düşünür, amma bu yalnış fikirdi. Bir neçə layihədə özünü sübut etmək cəhdi, imkanlaın bölünməsinə, bu da işin effektivliyinə və məhsuldarlığına təsir edəcəkdir. Atalar demiş, bir əldə iki qarpız tutmaq olmaz.
2. Sevdiyin işlə məşğul ol!
Biznesinizə sadəcə böyük gəlirlər gətirə biləcəyi ehtimalı ilə başlamayın. Gücünüz və istedadınız üzərində qurulan işin daha çox uğur qazanma şansı var. Hər gün böyüməsinə və çiçəklənməsinə töhfə vermək üçün yalnız gəlirə fokuslanmaq deyil, həm də bundan zövq almaq vacibdir. Əks halda layihəniz uğursuzluğa məhkumdur.
3. İstəyini 30 saniyədə de, ya da heçnə demə!
İstər potensial investorla görüşdə, istərsə də maraqlı bir müştəri ilə söhbət zamanı fikrinizi düzgün çatdırın. İlk növbədə məqsədinizi bildirin, missiyanızı və xidmətlərinizi mümkün qədər qısa və aydın şəkildə izah edin. Unutmayın ki, atdığınız hər düzgün addımı və fikrinizin lokanikliyini qarşı tərəf yüksək qiymətləndirəcək.
4. Bildiklərinə əmin ol, bilmədiklərini öyrən, bilmədiklərini öyrədə biləcək birini tanı!
Dünyada heç kim hər şeyi bilmir, bu sənə də aiddir. Buna görə, inandığın insanların və ya mentorların tövsiyələrinə qulaq as. Onların əhatəsində düzgün prioritetlərlə əsl lider və bacarıqlı iş adamı ola bilərsən. Odur ki, ortaq maraqlarını bölüşdüyün uğurlu və təcrübəli insanları əhatənə topla. Onlarla qarşılıqlı, faydalı və uzunmüddətli əlaqələr qur.
5. Cüzdanınız - işinizin ürəyidir! Öz biznesinə uyğun ol!
Komfortlu ofisləri, sürətli avtomobilləri və bahalı restoranları unut. İşinə fokuslan və biznesini daim inkişaf etdir. Xərclərini izlə və nə isə almadan əvvəl üç dəfə düşün. Məhdud maliyyə ilə effektiv pul vəsaitlərinin idarə edilməsi uğurlu bir başlanğıcın açarıdır.
6. "Atəş altında" yaşamağı öyrən!
Heç bir təhsil və ya iş planı gələcəyinizi mükəmməl şəkildə təxmin edə və ya sizi uğurlu bir biznesmen edə bilməz. Mükəmməl bir plan mövcud deyil və ola da bilməz. Növbəti addımlarınızı düşünmədən heç vaxt yeni bir işə başlamağa çalışmayın,həmçinin hərəkətə keçməyə aylar və ya illər sərf etməyin. Unutmyın ki, real çətinliklərlə qarşılaşmaq Sizi təcrübəli bir iş adamına çevirəcək. Edə biləcəyiniz ən vacib şey səhvlərinizdən nəticə çıxartmaq və onları bir daha təkrarlamamaqdı.
7. Heç kim, heç vaxt sizə pul verməyəcək!
Heç kim sizə sıfırdan sərmayə qoymayacaq. İşinizə başlamaq üçün böyük kapitala ehtiyacınız varsa, əsas, yəni ən vacib işlərdən başlayın. Planınızı mümkün qədər sadələşdirərək dəyərini və onunla əlaqəli xərcləri araşdırın. İnvestisiya axtarmadan əvvəl biznesinizin dəyərini göstərməlisiniz. Konsepsiyanız uğurlu olarsa, investor tərəfindən kapital artırma şansınız əhəmiyyətli dərəcədə artacaqdı.
8. Sağlam ol!
Sağlam olmaq, daha məhsuldar olmaq deməkdi. Odur ki, özümüzü unutmamalıyıq. Sahibkarlıq bir həyat tərzidir, səhərdən axşama qədər çalışacağınız bir peşə deyil. Özünü tükətməklə işləmək, qarşıya qoyduğunuz məqsədlərə çatmamaq deməkdi və bu Sizi daha çox narahat edəcək. İstisnasız - düzgün qidalanın, idman edin və özünüzə vaxt ayırın.
9. Sözlərinizin qurbanı olmayın!
Əhvlatlarla deyil, əməllərlə təəssürat yaradın. Boş sözlərdən və həqiqəti şişirtməkdən çəkinin. İddialı planlarınızı reklam etdikcə, onların tələblərini ödəmək öhdəliyinizin olduğunu düşünün.
Bir sözlə, az danışıb çox iş görün!
10. Vaxtı gələndə ayrılın!
Ağıllı kapitan gəmi ilə batmaz. Nəfsinizə uymayın, geri çəkilməyin vaxtı gəldiyindən agah olun. Əməyiniz nəticə vermədisə, nəyin səhv olduğunu müəyyənləşdirin, nəticə çıxarın və atacağınız növbəti addımı düşünün. Həm özünüzə, həm də gələcək işlərinizə fayda gətirmək üçün bu çətin yolda qazanılmış dərslərinizdən nəticə çıxarın və ondan necə yararlana biləcəyinizi müəyyənləşdirin. Uğursuzluqlar qaçılmazdır, lakin güclü iradə hər cür çətinliyi dəf edəcəkdi.
1. 1924-cü ildə "Ford T" avtomobilin qiyməti 265 dollar idi.
2. 1984-cü ildə mobil telefonun qiyməti 4195 dollar idi.
3. Dünyada satılan bütün ketçupların yarısından çoxu – “Heinz” markasının ketçuplarıdır.
4. Kubik-Rubik - bütün zamanlar ən çox satılan əşyasıdır. İkinci yerdə isə iPhone gəlir.
5. İlk ilində Coca-Cola yalnız 25 şüşə satış edə bilmişdi, amma davam etdi.
6. 1-ci sinfə yeni başlayan uşaq, müxtəlif şirkətlərin 200-ə yaxın loqosunu tanıya bilir.
7. Dünyanın bütün qəzetləri demək olar ki əksəriyyəti ABŞ və Kanadada nəşr olunur.
8. "face", "book", "wall", "poke" və "like" sözləri Facebook-un qeydiyyatdan keçmiş ticarət nişanlarıdır.
9. Çay əsasən 5 ölkədə yetişdirilir- Çin (demək olar ki,% 80 yaşıl çay), Hindistan (əsasən qara), Şri Lanka (Seylon, Lipton çayının doğulduğu yer), Yaponiya (ekzotik çaylar) və Tayvanda (müxtəlif yaşıl çay növləri)
10. İş həftəsinin ən məhsuldar günü çərşənbə axşamıdır.
11. Bütün restoranların 90% -i fəaliyyət göstərdiyi ilk bir il ərzində zərərlə işləyirlər.
12. Qəhvə beynəlxalq ticarətdə ikinci böyük əmtəədir. Birincisi benzindir.
13. IKEA-da malların adları xüsusi bir proqram tərəfindən hazırlanır və heç bir semantik məna daşımır.
14. Bütün dünyada Mc'Donalds üçün əsas gəlir mənbəyi içkilərdir.
15. Bir milyon dollar 100 dollarlıq əskinaslarda təxminən 10 kq ağırlığındadır.
16. Çin atalar sözündə deyilir: "Gülməyi bacarmayan insan ticarətlə məşğul olmamalıdır."
“IDEA Consulting & Solutions” : “Sizin üçün də bir hədiyyəmiz var”
Yeni ili Qubada qarşılayın!
“Bakutel 2018” sərgisi çərcivəsində “IDEA Consulting & Solutions” şirkətinin elan etdiyi müsabiqə Sizə yadda qalan yeni il hədiyyəsi bəxş edəcək.
“Sizin üçün də bir İDEYAmız var” şüarı ilə hüquqi, maliyyə, mühasibat, biznes və İnformasiya Texnologiyaları sahəsində müxtəlif xidmətlər təqdim edən “IDEA Consulting & Solutions” şirkəti Bakı Ekspo mərkəzdə keçiriləcək “Bakutel 2018” sərgisinin iştirakçılarını öz stendinə dəvət edir. Stend “Baku Ekspo Mərkəzi”nin 2-ci zalında yerləşir.
Şirkətin əməkdaşları sərgi çərçivəsində ziyarətcilərə, öz xidmətləri və yenilikləri ilə bağlı ətraflı məlumat verəcəklər.
Sərgidən əvvəl şirkətin xidmətləri ilə “IDEA Consulting & Solutions” şirkətinin saytında tanış ola bilərsiniz.
Şirkət xidmətlərini sərgi iştirakçılarına təqdim etməklə yanaşı, onlara “IDEA”dan xoş bir xatirə, yeni il hədiyyəsi qazanmaq imkanı yaradır.
Müsabiqənin sponsoru “Terra Travel” turizm şirkəti qalibə Quba Şahdağ otelində 2 gecə/3 gün, 2 nəfərlik qonaqlama hədiyyə edəcəkdir.
Müsabiqənin şərtləri:
Müsabiqə iştirakçısı “IDEA Consulting & Solutions” şirkətinin stendində təqdim ediləcək müsabiqə səhifəsində öz emailindən istifadə edərək 07.12.2018-ci il saat 12:00-dək qeydiyyatdan keçməli;
Müsabiqə iştirakçısı qeydiyyatdan keçdikdən sonra öz emailinə göndərilən təsdiq linki ilə iştirakını təsdiqləməli və nəticədə qeydiyyat nömrəsi əldə etməli;
Müsabiqə iştirakçısı qeydiyyatdan keçərkən öz Facebook istifadəçi ünvanını (nümunə: facebook.com/nickname) müvafiq xanada qeyd etməli, “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrini bəyənməli;
Müsabiqənin şəffaflığını təmin etmək üçün dünyaca məhşur random.org saytından istifadə edilərək iştirakçılara verilən qeydiyyat nömrəsi əsasında təsadüfi seçim ilə qalib müəyyən ediləcək;
Təsadüfi seçilən qeydiyyat nömrəsinə uyğun iştirakçı emailini təsdiqləməyən, “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrini bəyənməyən iştirakçı olarsa bu zaman qalib növbəti təsadüfi seçiləcək qeydiyyat nömrəsi əsasında müsabiqə şərtlərinə uyğun olaraq müəyyən ediləcək;
Müsabiqə qalibinə hədiyyə təqdim edilərkən çəkilən şəkillər “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin saytında və sosial media səhifələrində paylaşılacaq.
Müsabiqə qalibinin müəyyən edilməsi “Bakutel 2018” sərgisinin sonuncu günü (07.12.2018) həyata keçiriləcək. Bu barədə “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrində öncədən məlumat paylaşılacaq.
Müsabiqə qalibinin seçim prosesi “Terra Travel” turizm şirkətinin Facebook səhifəsində (fb.com/terratravelazerbaijan) canlı olaraq yayımlanacaq.
MÜƏSSİSƏNİZİ DOĞRU TEXNOLOGİYA BAZASINDA QURMAQ ÜÇÜN ÖZÜNÜZƏ VERMƏLİ OLDUĞUNUZ 4 SUAL
Hər bir bina kimi, biznesinizi də möhkəm əsaslarla qurmaq lazımdır. Düzgün bünövrə olmadan divararı hörüb tavanı inşa etsəniz, bir müddət sonra binanın dağılacaqları qaçınılmazdır.
İşinizi qurarkən istifadə olunan texnologiya həm güclü, həm də çevik olmalıdır. Müəssisəniz böyüyüb inkişaf etdikcə müxtəlif vəziyyətlərə hazır olmalı və çətin rəqabət dünyasında ayaqda qalmaq üçün ehtiyaclarınıza cavab verməlidir. Müəssisənizi doğru texnologiya bazasında qurmaq üçün özünüzə aşağıdakı 4 sual verməlisiniz:
1. Mobil cihazlara uyğunluq
Sizin müəssisənizin ilk gündən etibarən istifadə etməyə başladığı texnologiya işçilərinizin hər an və hər yerdən istifadəsinə açıqdırmı? İşçiləriniz arasında real zamanlı məlumat mübadiləsi varmı?
Bulud əsaslı mobil texnologiya istifadə edən müəssisələrin məhsuldarlığı daha yüksəkdir. Yolda və ya ofisdə, mobil tətbiqlərinizlə işlərinizi rahat və tez bir zamanda həll edə bilər, işçilərinizin də eyni şeyi edə biləcəyini bilərsiniz. Bir bulud əsaslı həll istifadə edirsinizsə, avadanlıq və proqram təminatı məsələləri ilə məşğul olmaz və tətbiqinizə hər hansı bir yerdən, istədiyiniz zaman daxil ola bilərsiniz. Biznes ehtiyaclarınıza cavab vermək üçün konfiqurasiya, test, yenilənmə və s. vaxt sərf etməzsiniz. Biznes proseslərinizi və əməliyyatlarınızı çevik, çox yönlü, istifadəçi dostu platforma həlli ilə idarə edə bilərsiniz.
2. Texnoloji infrastrukturun genişlənəbilən olması
Biznesinizi qurarkən gələcək barədə düşünmək və genişləndiriləbilən texnologiya infrastrukturunu seçmək lazımdır. Vaxt keçdikcə müəssisənizin daha çox müştərisi, işçilərsi və əməliyyatları olacağını hesablamalısınız. Biznesiniz həcmcə böyüdükcə, texnoloji sistemlərinin dəyişdirilməsinə deyil, ilk gündən etibarən dəyişən ehtiyaclarınıza cavab verəcək müəssisə proqram təminatı infrastrukturuna investisiya qoymalısınız. İş proseslərinizi izləməyə, yeni istifadəçilər əlavə etməyə və digər müəssisə proqramlarınızla inteqrasiya edilməyə imkan verən bir texnologiya iş məhsuldarlığınızı artıracaqdır.
3. Etibarlılıq
Müştərilər, satışlar və müqavilələr kimi biznes məlumatınızı excel və ya word fayllarında saxlamaq nə qədər təhlükəsizdir? Sizin biznesiniz haqqında məlumatlar kopyalana və paylaşıla bilər. Müəssisənizin sağlam fundament üzərində qurulması üçün etibarlı bir infrastruktur seçməlisiniz. Müəssisə məlumatları və müştərilərizin barədə məlumatlarınız təhlükəsiz bir sistemdə saxlanılmalıdır.
4. İntellektual idarəetmə
Sizin müəssisənizin müvəffəqiyyəti çox işləməklə deyil, ağıllı işləməklə əldə olunandır. Məlumat mərkəzli, sürətlə dəyişən bir iş dünyasında yenilikçi və rəqabətə davamlı olabilmək üçün istifadə edəcəyiniz texnologiya
manual olaraq idarə edilən işləri avtomatik olaraq həll edə bilməli, beləliklə siz əsl vacib olan işlərə, yəni müştərilərə vaxt ayıra bilməlisiniz. İntellektual idarə olunan sistemlər ilə məlumatlarınız arasından istifadəyə yararlı məlumatları əldə edə, müştərilərinizə daha yaxşı xidmət göstərə və gözlənilməz vəziyyətlərə hazır ola bilərsiniz.
1. Mütəşəkkil olun
Biznesdə uğur qazanmaq üçün yaxşı təşkilatlanmalısınız. Təşkilatlanma tapşırıqların yerinə yetirilməsində və işin öhdəsindən gəlməkdə bizə kömək olacaq. Bunun ən yaxşı üsulu bir siyahı yaratmaqdır – hər tapşırığı etdikcə, siyahınızı yoxlayın. Bu sizin heç nəyi unutmamağınıza kömək edəcək və siz, sizə biznes sahəsində lazım olacaq bütün tapşırıqları bitirəcəksiniz.
2. Detallı qeyd tutun
Bütün uğurlu bizneslərin arxasında detallı qeyd tutmaq durur. Bu qeydləri tutmaqla, siz biznesinizin maddi vəziyyətini və nə kimi çətinliklərlə qarşılaşa biləcəyinizi göz önündə tutmağa nail olacaqsınız. Sadəcə bunu bilməklə, siz maneələrin öhdəsindən gələ bilmək üçün vaxt qazanacaqsınız ki, bu da sizin uğur qazanmağınıza və öz biznesinizdə yüksəlməyinizə kömək edəcəkdir.
3. Rəqiblərinizi təhlil edin
Rəqabət yaxşı nəticə əldə etmək üçün ən əla vasitədir. Uğur əldə etmək üçün, siz öz rəqiblərinizdən öyrənməkdən qorxmamalısınız. Bütün bunların sayəsində, onlar yaxşı bir şey edə bilərlər ki, siz də daha yaxşısını etməklə öz biznesini inkişaf etdirə və yaxşı gəlir əldə edə bilərsiniz.
4. Riskləri və mükafatları dərk edin
Uğurlu biznes qurmaqda əsas amil risklərinizi hesablamaqdır. Özünüzdən soruşun “işin zərərli tərəfi nədir?”( “What’s the downside?”). Əgər siz bu suala cavab verə bilirsinizsə, deməli, siz ən pis halı da bilirsiniz. Bu məlumat sizə riskləri hesablamağa və biznesinizdə böyük uğur qazanmağınıza imkan verəcək.
5. Yaradıcı olun
Hər zaman yenilikçi olun və biznesinizi inkişaf etdirmək üçün yollar axtarın. Bu sizi rəqiblərinizdən üstün edəcək. Nəzərə alın ki, siz hər şeyi bilə bilməzsiniz, yeni ideyalara və yeni yanaşmalara açıq olun.
6. Diqqət mərkəzində olun
Belə bir qədim ifadə “Roma bir günə Roma olmayıb” bizim üçün keçərli ola bilər. Sadəcə ona görə ki, biznes sizin dərhal pul qazanmağa başlayacağınız anlamına gəlmir. Bu vaxt tələb edir ki, insanlar sizin kim olduğunuzu bilsin. Beləliklə, öz məqsədlərinizə çatmaqda istəkli olun və hər şeyin öz yoluna düşməsi üçün özünüzə zaman tanıyın.
7. Qurban verməyə hazır olun (itirməkdən çəkinməyin)
Biznesə başlamaq üçün ilk addım gərgin işdir, lakin qapılarınızı açandan sonra, sizin işiniz sadəcə başlanğıcdır. Öz növbəsində, uğur qazanmaq üçün ailəniz və dostlarınızla az vaxt keçirməyə hazır olmalısınız.
8. Keyfiyyətli xidmət göstər
Biznesmenlər bəzən unudurlar ki, müştəriyə keyfiyyətli xidmət göstərmək çox önəmlidir. Əgər siz müştərilərinizi keyfiyyətli xidmətlə təmin edirsinizsə, onlar növbəti dəfə ehtiyacları olanı əldə etmək üçün rəqibinizə yox, məhz sizə müraciət edəcəklər.
9. Davamlı (ardıcıl) olun
Davamlılıq biznesdə gəlir əldə etməyin ən əsas komponentlərindəndir. Uğurlu biznes üçün siz gündəmdə olan və olmayan şeyləri bilməli, davamlı olaraq iş görməlisiniz. Bu sizin uzun müddət gəlir əldə etməyinizə şərait yaradacaqdır.
Marketoloqlar və reklamçılar xüsusilə düşünürlər ki, bir insanın davranışını dəyişdirmədən əvvəl düşüncələrini dəyişdirmək lazımdır. Onlar bir insanı inandırmaq olarsa, onun davranışlarının da dəyişə biləcəyinə inanırlar. Buna görə reklamın funksiyası insanları inandırmaqdır.
1897-ci ildə ilk dəfə olaraq Charles Austin Bates bu fikri ifadə etdi. 20-ci əsrdə də bir çox marketoloqlar bu fikri müdafiə etmişdilər, lakin Rosser Reeves onların ən məşhurları idi. 1961-ci ildə Reeves, hər bir brendin "unikal satış təklifi" olması gərəkdiyini və bunu bütün reklamlarında vurğulamaq lazım olduğunu söylədi. Bu fikir o qədər məşhurdur ki, bu gün çoxu reklam agentlikləri özlərini "inandırma agentliklər"i kimi görür.
Ancaq satmaq üçün yeganə yol inandırmaq deyil. Əlbəttə, insanı inandıraraq bir davranışa yönləndirmək (brendi üstün tutmağa) mümkündür, lakin bu, adətən, çox çətin bir yoldur. Çünki insan ağlı başqalarının düşüncəsini qəbul etməyə deyil, öz düşüncələrini bəyənməyə proqramlaşdırılmışdır. Heç kim öz fikrini dəyişdirmək istəmir. Hətta uşaqlar da öz ağıllarını bəyənirlər.
Bugün uğur qazanmış brendlər, fərqli bir yol izləyən brendlərdır. Bu brendlər insanlara özlərinin üstünlüklərini izah edib, onları razı salan və satın alma qərarlarını öz brendlərı lehinə dəyişdirənlər deyil, tam tərsinə əvvəl satdıqları məhsulları istehlakçıların həyatlarına daxil edən və sonrasında brendləri haqqında müsbət düşüncələri inkişaf etdirmiş olanlardır.
Burada əsas olan öz brendini satın aldırmaqdır. Bir şəxs bir brendi alırsa, o brend haqqında yaxşı düşünməyə başlayır və yaxşı danışır. İnsan-şüurlu və ya şüursuz bir davranış nümayiş etdirdikdə, bu davranışın nə qədər doğru və düzgün olduğuna dair əsaslar da çıxarır. Bir seçim etdikdən sonra, özünə və ətrafındakılara bu seçimin nə qədər yaxşı olduğunu sübut etdirmək istəyir.
Buna görə də insanlar bir brendi aldıqdan sonra bu brendə olan istəkləri artır. Brend ilə bağlı araşdırmalarda hər bir istifadəçinin öz brendini sevməsi və o brendə üstün xüsusiyyətləri aid etməsi insan ağılının dəstəkləyici yanaşması ilə əlaqələndirilir.
Böyük brendlər bu yolla özlərini sevdirməyə səy göstərmədən məşhur brendlərə çevrilirlər. Benjamin Disraelinin dediyi kimi, "Düşüncə hərəkətin ovladıdır".