Brendin Gücü: “Mezuro” Adının Uğur Hekayəsi
Hər uğurlu brendin arxasında onun adı və loqosu ilə bağlı unikal bir hekayə dayanır. Ad seçimi sadəcə bir sözdən ibarət deyil; o, brendin ruhunu, müştəri ilə olan əlaqəsini və bazarda fərqliliyini müəyyən edən əsas elementlərdən biridir. “IDEA Consulting and Solutions” olaraq, geyim sektorunda fəaliyyət göstərən bir müştərimiz üçün brend ad seçimi prosesini həyata keçirdik və nəticədə “Mezuro” adı seçildi. Bu ad müştəri tərəfindən bəyənildi və hüquqi proseslərə start verildi.
Brendin adı seçimində nəzərə alınmalı əsas prinsiplər:
Mənşə və məna
Brendin adı onun təmsil etdiyi dəyərləri aydın şəkildə əks etdirməlidir. “Mezuro” latın dilində “ölçü” mənasını verir və bu ad peşəkarlıq, dəqiqlik və uyğunluq kimi xüsusiyyətləri təmsil edir. Adın sektora uyğun seçilməsi müştərilərin brendə olan inamını artırır.
Unikallıq və yadda qalanlıq
Seçilən ad sadə və yadda qalan olmalıdır. "Mezuro" adı bu xüsusiyyətləri özündə cəmləşdirir, həm yerli, həm də beynəlxalq bazarda asanlıqla tələffüz olunur və yadda qalır. Bu, brendin müştəri yaddaşında xüsusi yer tutmasına şərait yaradır.
3. Brend dəyəri və strateji idarəetmə
Brendin dəyəri onun müştəri ilə qurduğu əlaqə ilə ölçülür. Kellerin Brend Dəyəri Piramidasına əsaslanan yanaşmamızla “Mezuro” müştərilər tərəfindən dəqiqlik və uyğunluq ilə assosiasiya edilir, bu da brendin bazardakı mövqeyini gücləndirir.
Rəqabət təhlili
Müasir bazarda fərqlənmək vacibdir. “Mezuro” adı rəqiblərdən fərqlənməyi bacarır, çünki o, sadəcə bir ad deyil, eyni zamanda peşəkarlıq və müasirlik mesajını daşıyan güclü bir simvoldur. Bu ad müştərilərə brendin keyfiyyətinə dair güvən yaradır.
Dizayn və rəng psixologiyası
Loqo və rənglərin seçimində minimalizm və funksionallıq əsas meyarlardır. “Mezuro”nun loqosu sadə, lakin təsirli bir dizayna malikdir. Rəng psixologiyası isə brendin mesajını dəstəkləyir və müştərilər üçün emosional bir bağ yaradır.
Beynəlxalq uyğunluq və qlobal bazara açılım
Beynəlxalq arenada brendin uğurlu olması üçün adın tələffüzü və qavranışı asan olmalıdır. “Mezuro” adı bu meyarlara tam cavab verir və qlobal miqyasda geniş tanınma potensialına malikdir.
Marketinq və hüquqi uyğunluq
Brend adı həm hüquqi, həm də rəqəmsal platformalarda qorunmalı və istifadəyə uyğun olmalıdır. “Mezuro.az” domeni artıq mövcuddur və hüquqi proseslər başa çatdıqda, bu adın hər bir hüquqi və marketinq aspekti qorunacaq.
Brend şəxsiyyəti və arxetipi
Hər bir brendin arxasında onu təmsil edən bir arxetip dayanır. “Mezuro” brendi Dahi (Sage) arxetipi ilə əlaqələndirilir, çünki o, müdriklik, peşəkarlıq və təcrübə ilə bağlı olan dəyərləri vurğulayır. Bu, brendin məqsəd və missiyasını daha güclü bir şəkildə əks etdirir.
Dərin metafor analizi
Zaltmanın dərin metafor analizinə əsaslanaraq, “Mezuro” adının altında yatan mənalar və assosiasiyalar müştərilərin şüuraltına təsir edir. Bu ad dəqiqlik, peşəkarlıq və qlobal bazarda rəqabət qabiliyyəti kimi əsas duyğuları oyadır.
Bazar üçün uyğunlaşma və fərqlilik
Meyerson matrisinə əsasən, “Mezuro” adının hədəf kütləyə uyğunluğu, fərqliliyi, yadda qalması və asan tələffüz edilməsi onu bazarda uğurlu edir. Bu ad beynəlxalq miqyasda da istifadəyə uyğun və qlobal tanınma potensialına malikdir.
“Mezuro” ilə Gələcəyə Addım
Müxtəlif yanaşmalar və təhlillər əsasında seçilən "Mezuro" adı yalnız estetik cəhətdən uğurlu deyil, eyni zamanda beynəlxalq və milli bazarlarda möhkəm yer tutacaq bir brenddir. Bu yanaşma ilə müştərilərimizə təqdim etdiyimiz brendinq xidməti onların bazarda güclü mövqe tutmasına kömək edəcək. Əgər sizin də biznesiniz üçün belə fərqli və güclü brend yaratmaq istəyiniz varsa, bizimlə əlaqə saxlayın və uğura doğru birgə addımlayaq.
Bizimlə əməkdaşlıq edən və ad seçimi, loqo dizaynı üzrə xidmətlərimizdən faydalanan digər müştərilərimizdən bəziləri:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq deyərkən ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.
İctimai yerlərdə - məktəblərdə, küçələrdə, parklarda, ictimai nəqliyyatda və sair yerlərdə biz demək olar ki hər gün bizə və yaxud da ətrafımızdakı insanlara qarşı edilmiş xuliqanlıq əməllərinin şahidi oluruq. Cəmiyyətimizdə daha çox rastlaşdığımız xuliqanlıq əməlləri sürücülərin bir-birini təhqir etməsi və ya digər sürücülərin avtomobillərinə vuraraq ‘‘yol hərəkəti qaydalarını onlara öyrətməyə çalışması’’, qadınlara söz atılması və onların narahat edilməsi, etiraz əlaməti olaraq insanların bir-birini təhqir etməsi və bunu digər insanları narahat edəcək şəkildə həyata keçirmələri, axşam saatlarında yaşayış yerlərində səs-küyün salınması və sair kimi hallardır. Lakin insanlar mütəmadi olaraq bu əməllərin şahidi olduqları üçün bu hallar onlara çox adi gəlir. Bu səbəbdən də gün keçdikcə cəmiyyətdə özbaşınalıq hallarının artdığının şahidi oluruq.
Qanunvericilik xuliqanlıq əməllərinin qarşısını almaq üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə bu əməlləri qadağan edib, həmin əməlləri törədənlərə qarşı sanksiyalar müəyyən edir. Belə ki, sözügedən əməlləri törədən şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin əgər xuliqanlıq əməlləri bir qrup şəxs tərəfindən törədilərsə və ya eyni şəxs və ya şəxslər tərəfindən təkrar törədilərsə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilərsə, bu hallarda qanunvericilik iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutur. Xuliqanlığın daha ağır şəkildə həyata keçirilməsi hallarında, yəni silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda şəxsə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza verilir. Həmçinin, qeyd etmək lazımdır ki, 14 yaşından etibarən hər kəs xuliqanlıq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunur.
Göründüyü kimi qanunvericilik bizə qarşı xuliqanlıq formasında edilmiş hüquqpozmalara görə müxtəlif sanksiyalar nəzərdə tutur. Bizim öhdəmizə düşən isə bu kimi hallarla rastlaşdığımız zaman bunu adi qarşılamamaq, əksinə onların qarşısını almaq və ya bu kimi halların qarşısını alması üçün müxtəlif dövlət orqanlarına müraciət etməkdir.
Unutmayın, cəmiyyəti qurtarmaq sizin əlinizdədir!
"Rəqəmsallaşma və Müştəri Əlaqələri" mövzusunda İşgüzar Səhər Yeməyi
14.12.2023-cü il tarixində "Marsol Group" tərəfindən "Mado" restoranında təşkil edilmiş "İşgüzar səhər yeməyi" çərçivəsindəki görüşdə bir sıra şirkət sahibləri bir araya gələrək "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda müzakirələr aparıblar.
Görüş zamanı edilən müzakirələr
"İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov bu görüşdə çıxış edərək şirkətimizin təklif etdiyi İT inteqrasiya həlləri, hüquq, mühasibatlıq və audit xidmətləri barədə ətraflı məlumat verib. Ceyhun bəy "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda da öz təcrübələrini sahibkarlarla bölüşüb.
Təqdimat zamanı Ceyhun Məmmədov rəqəmsallaşmanın əhəmiyyəti, onun şirkətlərə təsiri, CRM və Texnologiya tətbiqləri, müştəri məlumatlarının təhlili, Big Data və Süni Zəka (AI), strategiyalar və təkliflər barəsində ətraflı məlumatlar bölüşüb.
Rəqəmsal transformasiya nədir?
Rəqəmsal transformasiya texnologiya və informasiya sahələrində inkişaf etmiş alətlər vasitəsilə biznes prosesləri avtomatlaşdırma və yeni imkanlardan yararlanma prosesidir.
Biznesə təsiri - Rəqəmsal transformasiya iş proseslərinin daha effektiv və sürətli olmasını təmin edərək biznesi daxili və xarici bazarlarda rəqabətədayanqlı edir və gəlir artımı imkanı yaradır.
CRM
CRM, yəni Müştəri Münasibətləri İdarəetməsi (Customer Relationship Management), müştərilərlə münasibətləri idarə etmək üçün istifadə edilən bir strategiya, proses və texnologiya birləşməsidir. CRM sistemləri, müştəri məlumatlarını mərkəzləşdirmək, satış və marketinq fəaliyyətlərini optimallaşdırmaq və müştəri xidmətlərini yaxşılaşdırmaq üçün lazımi texniki alətlər və proqram təminatı təklif edir.
Big Data
Müxtəlif mənbələrdən əldə edilən və adətən ənənəvi məlumat bazalarıtərəfindən idarə edilə bilməyəcək qədər böyük, həm də strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumattoplusudur. Şirkətlər bu məlumatları istifadə edərək, müştəri tələbatlarını daha yaxşı başa düşə, xidmətlərini daha effektiv şəkildə fərdiləşdirə və biznes qərarlarını məlumatlara əsaslanaraq yaxşılaşdıra bilərlər.
Süni Zəka (AI)
Süni Zəka, insan zəkasının bəzifunksiyalarınıtəqlid edə bilən və məlumatlarıtəhlil etmək, öyrənmək, qərar qəbul etmək və problemləri həll etmək üçün proqramlaşdırılmış alqoritmlərtoplusudur. AI, Big Data-nı işləmək və analiz etmək üçün gücündən istifadə edir ki, bu da şirkətlərin prediktiv analizlər və məhsul inkişafı sahələrində daha dəqiq qərarlar verməsinə imkan verir. AI-nin qabiliyyətləri məlumatlar arasında əlaqələritapmaq, istifadəçi davranışlarını proqnozlaşdırmaq və müştəri xidmətlərini avtomatlaşdırmaq kimi bir çox sahədə tətbiq edilə bilər.
Şirkətimiz tərəfindən hazırlanmış "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda təqdimata bu linkdən keçid edə bilərsiniz.
“IDEA Consulting and Solutions” şirkətinin Azərbaycanın aparıcı şirkətlərilə görüşü
Bu gün “IDEA Consulting and Solutions” şirkəti olaraq “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətindən əvvəl ölkənin aparıcı şirkətlərinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil etdik.
“Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətləri, biznes sahəsindəki yenilikləri və təcrübələri birləşdirən unikal bir platformadır. Sözügedən tədbir şirkətləri bir-biriləri ilə əlaqə qurmağa, təcrübələrini paylaşmağa və birgə inkişaf etməyə imkan yaradır.
Tədbirdə bəhs edilən mövzular
Şirkətimizin rəhbəri Ceyhun Məmmədov işgüzar səhər yeməyində şirkətin hüquq, maliyyə, biznes, brendinq və İT sahəsindəki xidmətlərini, yeni proqram təminatlarını və öz müəllif hüquqları ilə qorunan “Lorex LMS” sistemini təqdim edib.
O, tədbir iştirakçıları üçün şirkətin əsas üstünlüklərini də vurğulayıb:
“İnnovativ və peşəkar yanaşma ilə son texnoloji trendləri və müasir məsləhətlərlə müştərilərimizə rəqabətdə üstünlük yaradan həllər təklif edirik. Fərdi və yüksək səviyyədə xidmət göstərərək hər bir müştəri ilə fərdi şəkildə işləyirik. Müştərilərimizin gözləntilərini özümüzə standart kimi qəbul edirik. Dayanıqlı iş əlaqələrinə gəlincə, qarşılıqlı etimad və uzunmüddətli iş əlaqələri qurmağa böyük önəm veririk. Texnoloji üstünlüklərimiz isə biznesinizin rəqəmsal transformasiyasını həyata keçirmək üçün müasir texnoloji imkanlardan yararlanmaqdır. Bu gün burada olan hər birinizin iştirakı bizim üçün çox qiymətlidir. “IDEA Consulting and Solutions” olaraq tərəfdaşlarımızla əlaqələrimizi möhkəmləndirmək, birgə böyümək və uğurlu olmağa ümid edirik”.
Ofis ziyarəti
Tədbirin sonunda iştirakçılar “IDEA Consulting and Solutions" şirkətinin ofisinə dəvət olundular. Qonaqlar ofisin bölmələri ilə tanış edilib, innovativ texnologiyaların tətbiqi, komandanın iş prinsipləri və şirkətin müxtəlif layihələri haqqında maraqlı məlumatlar əldə etdilər. İştirakçılar bu təcrübə ilə şirkətin iş mühitinin incəlikləri ilə yaxından tanış oldular.
Tədbir qonaqların şirkətin təklif etdiyi həllərə və xidmətlərə marağını artırıb, bir neçə şirkət rəhbəri ilə potensial əməkdaşlıq üçün müzakirələr planlaşdırılıb.
Tədbirdə iştirak edən şirkətlər
Qeyd edək ki, tədbirdə Babək "Sirab" ASC, “Prive Steak Gallery”, “BMZ Collages”, “Tuna” QSC, “Azestetik Group”, “RiF Ofis Mebeli”, “Mega” Həyat Sığorta, “Bakcell”, Zəhra Klinikası, “XXI Əsr Məktəbi”, “Hellmann Worldwide Logistics” kimi məşhur şirkətlər iştirak edib.
Bir zamanlar ölkəmizdə ən aktual problemlərdən biri də xalq arasında ‘‘qız qaçırtma’’ adı ilə tanınan adam oğurluğu əməllərinin törədilməsi idi. Lakin, təəssüf ki, hələ də bəzi bölgələrimizdə bu kimi hallara rast gəlinir və bu hal tamamilə normal qarşılanır. Hətta bu əməl cəmiyyətə o qədər ‘‘doğmadır’’ ki, bunun gülməli, əyləncəli, xoş təəssürat bağışlayan, yaxşı bir şey imiş kimi qələmə verən komediya janırında filmlərimiz çəkilir və bu filmlərə cəmiyyət tərəfindən tələb və maraq da çoxdur.
Qanunvericilikdə qız qaçırtma
Bəs qanunvericilik? Qanunvericilik izdivac məqsədilə adam oğurluğunun törədilməsini necə qarşılayır? Qadınlar könüllü şəkildə buna yol verdikdə, sözügedən əməl cinayət hesab olunur mu?
İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi adam oğurluğunu qadağan edib, lakin adam oğurluğunun özündə nələri ehtiva etdiyini, adam oğurluğu deyərkən tam olaraq hansı əməllərin nəzərdə tutulduğunu aydınlaşdırmayıb. Məhz bu səbəbdən də hələ də qız qaçırtmanın adam oğurluğu hesab edilib-edilmədiyi barədə müzakirələr var.
Azərbaycanın hüquq sistemi çərçivəsində, qız qaçırtma və ya adam oğurluğu zamanı qaçırılan və ya oğurlanan şəxsə maddi ziyan dəydiyi təqdirdə, bu hadisəni törədən şəxsə cəza verilməsi mütləq hal kimi qiymətləndirilir.
Əgər bu hadisəni törədən şəxs, ictimai rahatlığa və ya başqalarının hüquqlarına ziyan vurursa, məsuliyyətə cəlb edilə bilər və hüquq-mühafizə orqanları tərəfindən cinayətin törədildiyi hal üzrə istintaq apara bilər. Daha sonra məhkəmə həmin cinayətin qərarını verir və cəzalandırıcı tədbirləri müəyyən edir.
Əsas qayda olaraq, hüquqi cərimələr və cinayətlərin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən müəyyən edilir və hansısa bir cinayətin qərarı verilərkən hüquqi proses və məhkəmə hökmləri nəzərə alınır. Bu səbəbdən qız qaçırtma halında qiymətləndirmə prosesi hüquqi mühitdə qarşılaşılan konkret faktlara əsaslanır.
Qız qaçırtmanın adam oğurluğu hesab edilməsi üçün bu əməlin törədən şəxs bunu zor tətbiq edərək və yaxud da hədə-qorxu gələrək, qarşı tərəfin razılığı olmadan etməlidir. Əks təqdirdə, yəni qarşı tərəf özü bu hala yol verdikdə, bu halla razılaşdıqda törədilmiş əməl adam oğurluğu hesab edilməyəcək, çünki burada bir şəxsin öz iradəsinə əsasən verdiyi qərardan söz gedəcək, məcburi hər hansısa bir əməldən deyil.
Lakin əgər qız qaçırtmanın qurbanı olmuş şəxs yetkinlik yaşına çatmayıbsa, yəni yaşı 18-dən azdırsa, bu halda onun razılığı olsa da, olmasa da sözügedən əməl adam oğurluğu hesab ediləcək.
Cinayət Məcəlləsinin 144-cü maddəsi
Qanunvericilk 14 yaşından yuxarı hər kəsə adam oğurluğuna görə cəza təyin edir. Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, bu əmələ görə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Lakin əgər bu əməl:
1. iki və ya daha çox şəxsə qarşı;
2. aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilsə və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və yaxud da cinayətkar birlik
tərəfindən;
3. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə;
4. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə;
5. tamah məqsədi ilə və ya sifarişlə törədilsə, bu halda 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Qanunvericilik adam oğurluğu əməlinin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi halında və ya adam oğurluğunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması hallarında daha ağır sanksiya nəzərdə tutur. Bu hallarda təqsirkar şəxs 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cəmiyyətimizi qoruyaq
Məqalənin əvvəlində də qeyd edildiyi kimi, bir zamanlar qız qaçırtma adı altında adam oğurluğu ən çox rast gəlinən problemlərdən biri idi və hələ də bəzi bölgələrdə bu kimi hallara rast gəlinir. Bunun qarşısını almaq üçün, həmçinin oğurlanmış adamın hər hansısa bir güc tətbiqinə, zora, psixolojik gərginliyə məruz qalmaması üçün, yəni sırf həmin şəxsin sağlamlığını düşünərək qanunvericiliyimiz əməllərində başqa cinayət tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxsləri cinayət məsuliyyətindən azad edir.
Gəlin izdivac məqsədi ilə, ‘‘iki sevən şəxsin qovuşması’’ adı altında və ya ‘‘heç kim bilməsin, qızımızın adına söz çıxar’’ düşüncəsi ilə xalq arasında qız qaçırtma adı ilə normallaşdırılan adam oğurluqlarına son verək və bunu normallaşdıraraq cəmiyyətə aşılamayaq.
"Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi" adlı məqaləmizə keçid edin.
"İdea Consulting and Solutions" MMC Autizm Mərkəzini ziyarət etdi
"İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov "Marsol Group"un təşkilatçılığı ilə "Birgə və Sağlam" İctimai Birliyinin Autizm Mərkəzinə ziyarət edib. Qeyd edək ki, Bakının Nizami rayonunda yerləşən həmin mərkəz Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
Autizm xəstəlik deyil
Mərkəz autizm sahəsində maarifləndirici layihələr həyata keçirir, autizm spektr pozuntuları olan şəxslərə zəruri ünsiyyət bacarıqlarını öyrətmək və onları müstəqil həyata hazırlamaq üçün ailələrlə işləmək istiqamətində fəaliyyət göstərir.
Autizmin xəstəlik deyil, bir fərqlilik olduğunu vurğulayan "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova autizmə qalib gəlmək üçün erkən müdaxilə və kompleks reabilitasiya tədbirlərindən yararlanmağın ən effektiv metod olduğunu bildirdi.
Onların inanılmaz bacarıqları var
Ziyarət zamanı qonaqlar cəmiyyətə inteqrasiyası zəif olan bu şəxslərlə tanış oldular, onların öz qabiliyyət və bacarıqları ilə hazırladıqları bir-birindən gözəl əl işlərinin xeyriyyə satışında iştirak etdilər, həmçinin bu istedadlı gənclərin musiqili konsertlərini dinlədilər.
Hər bir uşaq dəyərlidir
Ölkəmizdə uşaq və gənclərin inkişafına, o cümlədən həssas kateqoriyalardan olan vətəndaşlarımıza qayğı ilə yanaşılması vacib və mühüm məsələlərdəndir. "İDEA Consulting and Solutions" MMC də bu istiqamətdə öz səyini əsirgəmir. Şirkətimiz cəmiyyətin rifahı, gənclərin savadlı kadr kimi yetişməsi və ətraf mühitin qorunmasına hər zaman dəstək verir. Görüşdə şirkətin rəhbəri Ceyhun Məmmədov müasir dövrdə çox aktual olan bu problemin həllinə dəstək olaraq mərkəzdəki autizm spektr pozuntuları olan şəxslərin təhsillərinə də xüsusi dəstək veriləcəyini bildirmiş və hər kəsi autizm sindromlu uşaqlara qarşı daha da diqqətli olmağa çağırmışdır.
Beh öhdəliklərin icrasının təmini üsullarından, həmçinin müqavilənin bağlanmasını təsdiq edən vasitələrdən biridir.
Beh müqavilə tərəflərindən birinin digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Təcrübədə tez-tez müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranır və ya ödənilmiş məbləğin beh olub-olmamasını müəyyən etmək mümkün olmur. Bu hallarda beh kimi ödənilmiş pul məbləği avans ödənişi kimi hesab edilir. Bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilik behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaların yazılı formada bağlanmasını tələb edir. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə olduqda isə, qanunvericilik beh barədə raılaşmanın notariat qaydasında təsdiq edilməli olduğunu vurğulayır.
Behin məqsədi ondan ibarətdir ki, əgər beh vermiş tərəf müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyırsa, bu halda beh müqavilənin digər tərəfində qalır. Lakin müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf behdən əlavə, müqavilənin icra edilməməsi nəticəsində dəymiş zərərin də əvəzini ödəməyə borcludur.
Lakin bəzi hallarda olur ki, beh almış tərəfin məsuliyyətsizliyi üzündən müqavilə icra edilmir. Bəs bu halda nə olur?
Əgər müqavilənin icra edilməməsinin səbəbi beh almış tərəfin məsuliyyətsizliyidirsə, bu halda behi almış tərəf digər tərəfə behin iki qatı məbləğində ödəniş etməlidir, hansı ki bir növ kompensasiya məqsədi daşıyır.
Lakin müqavilə tərəfləri öhdəliyin icrasına başlanana qədər öz aralarında müqaviləyə xitam vermək üçün razılaşarlarsa və ya müqavilənin icranın mümkün olmaması səbəbindən müqaviləyə xitam verərlərsə, beh onu vermiş şəxsə qaytarılmalıdır.
Gördüyünüz kimi beh bir növ tərəfləri müqavilədən irəli gələn öhdəliklərini icra etməyə sövq edir. Məhz bu səbəbdən də behi öhdəliyin təmini üsulu kimi fərqləndirir və gündəlik həyatımızda çox tətbiq edirik.
Azərbaycan respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur. Bu əməllərin törədilməsi cinayət hesab olunur. Bu növ cinayətlər üçün iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cür əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan bir və ya bir neçə cinayətin törədilməsi üçün birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən bu əməllər törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə qanunla qadağan olunur. Bu əməllər törədildikdə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanuna əsasən sadlanan əşyalara sahib olan və onları könüllü sürətdə təhvil verən şəxslər əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Xidməti və mülki silah haqqında qanunda verilən anlayışa əsasən silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitələr nəzərdə tutulur. Soyuq silah dedikdə isə konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur.
Mirasın tərkibinə nələr daxildir və əmlak hansı anda vərəsəyə keçmiş hesab olunur?
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras aktivi şəxsin sahib olduğu hüquqlar, miras passivi isə onun etməli olduğu öhdəliklər hesab olunur. Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız şəxsin sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
Vərəsəlik dedikdə isə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən mirasının digər şəxslərə keçməsi başa düşülür. Mirasın keçməsi vərəsəlik hüquq normalarında göstərilən qaydada həyata keçirilir. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə vərəsəlik olmaqla iki yerə ayrılır. Qanun üzrə vərəsəlik halında şəxs öldüyü və miras açıldığı andan əmlak üzərində mülkiyyət hüququ və sahiblik vərəsəyə birbaşa keçir. Bunun üçün vərəsənin bu barədə məlumatlı olması və mirası qəbul etməsi tələb olunmur. Ölən şəxsin birinci növbədə vərəsələri və ya Mülki Məcəllənin 1159-cu maddəsində göstərilmiş ardıcıl olaraq digər növbədə vərəsələri Daşınmaz əmlakın dövlət reyestri xidmətinə (notarius) yaxınlaşaraq özünün vərəsə olmasını bildirərək vərəsəlik şəhadətnaməsi ala bilər. Bu şəhadətnamə əsasında şəxs ölən şəxsin adına qeydiyyatda olan əmlakı öz adına rəsmiləşdirə bilər.
"İdea Consulting and Solutions” MMC Marsol şirkətin biznes fəaliyyətini rəqəmsallaşdırdı
17 aprel 2023-cü il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un təşkilatçılığı ilə "Marriott Hotel Boulevard"da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın və bir sıra dövlət qurumlarının iştirak etdiyi "Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub.
Tədbirdə dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüqar İskəndərov və Müşfiq Məmmədli ilə yanaşı “IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov da iştirak edib.
“Rəqəmsallaşma və müştəri əlaqələri, Biznesin gələcəyi” mövzusunda təqdimat edən Ceyhun Məmmədov “IDEA Consulting and Solutions” MMC və Marsol şirkətinin birgə əməkdaşlığı çərçivəsində görülmüş işlər haqqında məlumat verib, “Rəqəmsal transformasiya” mövzusunda çoxdandır gözlənilən “Marsol+” mobil tətbiqinin təqdimatını edib.
Qeyd edib ki, “IDEA Consulting and Solutions” MMC tərəfindən Marsol şirkətinin biznes fəaliyyətinin rəqəmsallaşması təmin edilmişdir. Beləki, Marsol şirkəti üçün sayt, CRM sistemi (müştəri əlaqələrinin idarəedilməsi) və “Marsol+” adlı mobil tətbiq hazırlanmış və şirkətin brendiqi (loqo və tanıtım videosunun hazırlanması) aparılmışdır.
Sadalanan həllərin hazırlanmasında ən müasir texnalogiyalardan istifadə ilə yanaşı, süni intellekt həlləri də tətbiq edilmişdir.
Bu yeni həllər, şirkətin müştəri əlaqələrinin idarəedilməsini və brendinqini gücləndirməyə kömək edəcək, fəaliyyətin daha effektiv olmasına və müştəri təcrübəsinin yaxşılaşmasına imkan yaradacaq.
Bu rəqəmsallaşma ilə Marsol şirkəti aşağıdakı faydaları əldə etmiş olacaq:
CRM sistemi vasitəsilə müştəri əlaqələrinin idarə edilməsi asanlaşacaq;
“Marsol+” mobil tətbiqi vasitəsilə müştərilərə daha sürətli və rahat xidmət göstərilməsi təmin ediləcək;
Süni intellekt həlləri vasitəsilə iş proseslərinin təkmilləşdirilməsi nəticəsində səhv riski minimlaşacaq, iş proseslərinin effektivliyi artacaq.
Qeyd edək ki, “IDEA Consulting and Solutions” hüquq, maliyyə və mühasibatlıq, İT həllər, biznes həlləri, brendinq kimi ixtisaslaşmış fəaliyyət istiqamətlərinə malikdir.